Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-12-2016, 09:31)
“Əli Əhmədov hakimiyyətin planlarını bilir”-politoloq

“Əli Əhmədov hakimiyyətin planlarını bilir”-politoloq

 

Baş nazir müavininin “Azərbaycan yeni bir sıçrayışa hazırlaşır” fikrinə politoloqlar şərh verdi 

 

Mediatv.az:  Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetində dərc olunan “Lider və onun ölkəsi” sərlövhəli  məqaləsində ötən illərdə Azərbaycanın iqtisadi və siyasi durumunu təhlil etməklə bərabər, gələcəklə də bağlı pozitiv proqnozlar verib. Konkret olaraq Ə. Əhmədov informasiya xarakterli fikrlərində  bildirib ki, Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır: “Azərbaycan yeni bir sıçrayışa hazırlaşır”.
 
Milli Məclisdə son büdcə müzakirələri zamanı çıxış edən məmurların qarşıdan gələn ildə ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnozlarından fərqli olaraq baş nazirin müavininin optimizmi suallar yaradıb. 
Məlumdur ki, son günlər Azərbaycanı mövcud böhranlı vəziyyətdən xilas etməklə bağlı ölkə başçısı tərəfindən ciddi sənədlər imzalanıb, hökumətin qarşısında konkret vəzifələr, öhdəliklər qoyulub. Bəzi ekspertlər hesab edirlər ki, baş nazirin müavini konkret olaraq  bu islahatlara diqqət çəkib və yeni planların bir növ üstüörtülü anonsunu verib. 
Həmin planlar konkret olaraq nələrdir?
Yeri gəlmişkən, “Yeni Müsavat”a müsahibəsində ekspert Mehman Əliyev də növbəti illə bağlı fikirlərini bildirib: “2016-cı ildə dəyişikliklərə müəyyən hazırlıq prosesi getdi. Bu da referendumla bağlıdır. Hansı ki, İlham Əliyev demişdi ki, altı aydan sonra referendumdan irəli gələn məsələlər işə salınacaq. Bu da təxminən mart ayına düşür. Bir də elan olunan islahatların ”Yol xəritəsi" var. Bu da onu göstərir ki, 2017-ci ildə islahatlara başlanılmasına hazırlıq gedir. Hesab edirəm ki, institusional dəyişikliklər, bir də iqtisadiyyatda və cəmiyyətdə dəyişikliklər olacaq. Bu, böyük bir prosesdir. 2017-ci ildə bunun əsasları qoyulacaq".
 
Onu da qeyd edək ki, Azərbaycanda islahatlar proqramını ABŞ-ın “Makkenze” şirkəti hazırlayırdı. Bu şirkət Qazaxıstanda da antiböhran layihəsini hazırlayıb və bəhs etdiyimiz ölkənin hökuməti bu layihəni qəbul edib. Şirkətin islahatlarında əsas nüanslardan biri məhkəmə sistemində islahatların aparılmasıdır. 
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, Əli Əhmədov ölkənin vacib siyasi postlarında olmağının məsuliyyətini dərk edərək danışır:
 
Image result for Mübariz Əhmədoğlu
 
“Onun fikirlərinə məhz məsuliyyət prizmasından yanaşsaq, hesab edirəm ki, söylədiklərində xalqın həm gələcək inkişafı baxımından, həm də indiki vəziyyəti ilə bağlı müəyyən faktlar və yol göstərmələr var. Nəzərə almaq lazımdır ki, indiki dövrlərdə problemlərə yanaşma optimist olmalıdır. Bütün başqa variantlar özünü doğrultmur. Müasir dövrdə, ancaq tənqidlərlə uğur əldə etmək mümkün deyil. Diqqət edin ki, Qazaxıstan və Türkmənistanın nefti də, qazı da bizdən bir neçə dəfə çoxdur. Lakin Qazaxıstanda benzin məhsullarının qıtlığı yarandı. Türkmənistanda isə təxminən 4 ay öncə qazın qiyməti qaldırıldı. Eləcə də ilin əvvəlindən əhaliyə olan güzəştlər də ləğv edilib. Bu iki dövləti ona görə qeyd edirəm ki, bunlar dünya bazarına bizdən də bir neçə dəfə çox neft və qaz məhsulu çıxarırlar. Qlobal iqtisadi böhran elə bir problemdir ki, bunun mahiyyətini heç kim başa düşmür”.
Politoloq Rusiya, Türkiyə və İranda baş verən iqtisadi proseslərə də toxunaraq bildirib ki, orada da vəziyyət ürəkaçan deyil: “İranın üzərindən sanksiya götürülsə də orada iqtisadiyyat irəli yox, geri gedir. Yəni bu cür paradoksal vəziyyətlər yaranıb. Qlobal böhranın mahiyyəti açıqlanmalıdır. Bizdə əgər hökumət günahkardırsa, bəs digər ölkələrdə kimlər günahkardır? Avropada da son zamanlar iqtisadi uğur əldə edən dövlət yoxdur. Sadəcə olaraq, məsələyə dar dairədən yanaşmaq lazım deyil. 2016-cı ildə  Dünya Bankı və digər bu kimi qurumlar da dəfələrlə Azərbaycanın  iqtisadi sahədə gördüyü tədbirləri yüksək dəyərləndirib. İlin əvvəlində ölkə prezidenti də vəziyyətlə bağlı xeyli iclaslar keçirib, qərarlar qəbul edib. Qlobal maliyyə böhranı dərinləşdikcə isə strateji ”yol xəritələri" ortaya qoyuldu. Hesab edirəm ki, bunlar artıq Azərbaycanın neftdən asılı olmayaraq iqtisadiyyatının qurulmasında önəmli rol oynayacaq. Əli Əhmədov da məhz bu planları bilir və diqqəti də bu məsələlərə yönəldir."
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024