Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-02-2016, 16:42)
“Müxalifətin özünə anti-böhran proqramı lazımdır” - Zahid Oruc

“Müxalifətin özünə anti-böhran proqramı lazımdır” - Zahid Oruc

 

 

Manatın devalvasiyasından sonra ölkədə yaranan iqtisadi vəziyyətlə bağlı müxalifət nümayəndələri, müstəqil iqtisadçı ekspertlər hökumətə bir sıra anti-böhran xarakterli təkliflər verdilər. 
Bəs hökumət verilən bu təklifləri dəyərləndirirmi?
 
Mediatv.az xəbər verir ki, Musavat.com-a danışan deputat Zahid Oruc bildirib ki, ilk növbədə mövcud iqtisadi və sosial vəziyyəti düzgün xarakterizə etmək lazımdır: “Böhran sözü əslində hökumətin öz büdcə öhdəliklərini yerinə yetirmədiyi hallar üçün ifadə olunur. Yəni, konkret olaraq əmək haqları, təqaüdlər verilə bilmir, ən  minimum səviyyədə investisiya proqramları reallaşdırılmır, ölkənin xarici borcları qat-qat artır. Hazırda etiraf etmək lazımdır ki, devalvasiyanın nəticəsi olaraq, bir sıra iqtisadi göstəricilər aşağı düşsə də, yuxarıda qeyd etdiyimiz başqa elementlər mövcud deyil. Bu baxımdan hazırkı prosesi iqtisadi, maliyyə qeyri-sabitliyi kimi xarakterizə etməliyik. Müxalifətin şəraiti həddindən artıq tündləşdirməsi, bunu böhran kimi dəyərləndirməsi siyasi maraqla əlaqəlidir. Azərbaycan dövləti özünün valyuta ehtiyatlarını hər hansı digər sahələrə yönəltmək kursunu seçərsə, əvvəlki vəziyyətlə xüsusi bir fərq özünü göstərməz. Ancaq dövlət “təhlükəsizlik yastığı” kimi xarakterizə olunan vəsaitləri hazırkı məqam üçün xərcləməyi düşünmür. Deməli, alternativ planlar da cızılmaqdadır. Müxtəlif ekspertlərin, təhlilçilərin  hər birinin fikirlərinə hörmətlə yanaşıram. Lakin müxalifətin siyasi hissəsi elə bu kimi anti-böhran tədbirini özləri üçün hazırlasalar, çox yaxşı olardı. Heç kim də bu fikrimdən inciməsin. Onların müasir dövrün siyasi cərəyanlarından geri düşdüyünü iddia etmək istəmirik. Media məkanını izləyirlər, dünya hadisələrinə maraq göstərirlər. Ancaq müxalifətin özü canlı bir orqanizm kimi funksionallığını itirib”.
Z.Oruc qeyd edib ki, müxalifət siyasi mənada qat-qat daha artıq devalvasiyaya uğrayıb: “Onların arasındakı münasibətlər də heç kimə sirr deyil. Zaman etibarı ilə müxtəlif aralıq mərhələlərində bunu gizlədə bilirdilərsə, indi o da yoxdur. Belə olan təqdirdə, müxalifəti vəziyyətdən çıxarmaq üçün yaxşı bir anti-böhran planı hazırlamağa ehtiyac var. Bununla bərabər irəli sürülmüş müsbət ideyalardan  haradasa istifadə etmək mümkün olardı. Ancaq səthi olaraq gördüm ki, onlar yalnız parlament və prezident seçkilərinin yenidən keçirilməsini və digər bu kimi halları  tələb edirlər. Halbuki, kimsə desə ki, misal üçün kənd təsərrüfatına olan vəsaitlər filan qədər artırılsa, bank sektorunun inkişafı üçün filan işlər görülsə və s. bunu sırf iqtisadi xarakterə yazmaq olardı. Düşünmək olardı ki, söhbət ölkənin hazırkı vəziyyətinə yanmaqdan və fərqli yolu görməkdən irəli gəlir. Bu baxımdan müxalif qüvvələrin hazırkı mövqeyi cəmiyyətdə aparıcılıq təşkil etmir. Azərbaycan insanı onların ideyaları ilə yaşamır. Çünki bu fikirlər real həyata bağlı deyil. Eyni zamanda onların siyasi avtoriteti, nüfuzu, cəmiyyətdəki yeri çox fərqlidir və heç müsbət də deyil”.
Ekspert Mehman Əliyev isə hesab edir ki, hökumətin müxalifətin təkliflərini qəbul etməməsinin səbəbi başqadır: “Ortada köklü bir problem var. Əsas iqtisadiyyatın azadlığından söhbət gedir. Yəni azad iqtisadiyyat, ədalətli rəqabətin yaradılması üçün inhisarçılığın və korrupsiyanın götürülməsi lazımdır. Bütün bu məsələlər isə bir başa hakimiyyətə aiddir. Hakimiyyətdə olan adamlar öz şəxsi maraqları üçün bunlardan istifadə edirlər. Başa düşürlər ki, böhrandır və nə isə etmək lazımdır. Ancaq bütün sistem sadaladığım problemlərin üzərində qurulub. Bünövrəni birdən-birə dəyişmək isə onlar üçün böyük problemdir. Müxtəlif fərman, güzəştlər olsa da, hakimiyyət köklü dəyişikliyə getməyə hazır deyil”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024