Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-10-2016, 17:37)
Eks-prezident Ayaz Mütəllibov: “Bilmirəm, niyə məni müstəqillik tədbirlərinə çağırmırlar?"

ayaz-m-1

“Dövlət müstəqilliyi ilə bağlı təşkil edilən tədbirlərə məni dəvət etmirlər. 4 ildir ki, Bakıdayam, amma bir dəfə də olsun, belə mərasimlərə görə məni axtaran olmayıb. Səbəbini deyə bilmərəm”.

Mediatv.az xəbər verir ki, bu fikirləri Modern.az saytına açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib. Eks-prezident əlavə edib ki, vaxtilə taleyüklü qərarın qəbul edilməsində tək  iştirak etməyib: “Dövlət müstəqilliyi ilə bağlı Konstitusiya Aktına deputatların əsas hissəsi öz imzasını qoymuşdu. Biz millətimizi birliyə çağırırıqsa, niyə narazılıq yaratmalyıq? Müstəqillik Aktında kimin imzası var, onlar dərin hörmətə layiq insanlardır. Müstəqillik məsələsi könüllü idi. Heç kimlə məsləhətləşməmişdik. Oktyabrın 18-də müstəqilliyimizi elan etdiyimiz gün kimsə deyə bilməzdi ki, Sovet İttifaqı məhv olacaq. Heç kəsin də xəbəri yox idi ki, nə vaxtsa 3 müttəfiq respublika bir araya gəlib sənədə qol çəkəcək və SSRİ buraxılacaq. Biz o zaman böyük riskə getdik. Suverenliyin dolğun şəkildə təmin olunmasına nail olduq. Biz 1991-ci ilin əvvəlindən bu işə başlamışdıq”.

Eks-prezident müstəqillik bərpa olunandan sonra heç bir təzyiqlə qarşılaşmadığını dilə gətirib: “Həmin vaxt çox gərgin və təlatümlü idi. Moskvanın özündə elə hadisələr baş vermişdi ki, hadisələri qiymətləndirəndə, görürsən ki, vəziyyət qarışıq idi. Həmin vaxt Ali Sovetin sədri, rəhmətlik Elmira Qafarova ilə söhbət edəndə, dedik ki, artıq müstəqilliyimizi elan etməyin zamanıdır. Həmin dəqiqədən sonra Ali Sovetin tərkibində olan qurumlar, təşkilatlar layihə hazırlamağa başladılar. Ali Sovetin binasında Müstəqillik Aktına imza atdıq. Sovet hakimiyyəti buna görə bizə təzyiq göstərə bilmədi”.

Ayaz Mütəllibovun sözlərinə görə, müstəqilliyə gedən yolda o zamankı SSRİ hakimiyyəti tənqid olunurdu: “Müttəfiq respublikaların rəhbərləri ilə Kremldə keçirilən müşavirələrdə iştirak edəndə sözümüzü deyirdik. Qorbaçovu tənqid edərək deyirdik ki, sizin qətiyyətsizliyiniz bizi bu günlərə gətirib çıxarıb. İqtisadi böhran günü-gündən çətinləşir. Heç bir sahədə təşəbbüs yoxdur. Biz nöqsanları çılpaqlığı ilə dilə gətirirdik.

Həmin vaxt konfederativ respublika yaradılmasını təklif etdim. O zaman müstəqillik tam şəkildə müttəfiq respublikalara keçəcəkdi. Müstəqilliyimiz tam və dolğun şəkildə formaşalacaqdı. İqtisadi məsələlərdə həlledici rol oynayacaqdıq. Suveren dövlət olacaqdıq. Qorbaçov gözünü mənə zilləyərək qulaq asırdı. Təhlükəsizlik və xarici siyasət məsələsinə gəldikdə, bu, mərkəzdən idarə olunacaqdı. Yerdə qalan məsələlər bizim tabeliyimizdə olacaqdı. Bu məsələlər gizli deyil və müstəqilliyimiz birdən-birə meydana gəlməyib. 1990-cı ilin sonu, 1991-ci ilin axırına kimi sürətlə bu məsələləri müzakirə edirdik. Sadəcə, siyasi iradə nümayiş etdirərək bu təklifi verdim. Bilirdim ki, buna gedilməyəcək. Bunlar tarixi məsələlərdir”…

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024