Siyasət (8-10-2016, 21:14)
Səməd Seyidov: Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdurlar
“Azərbaycanın beynəlxalq aləmdə rolu, nüfuzu bu gün yüksək səviyyədədir və bütün beynəlxalq təşkilatlar dövlətimizin mövqeyi ilə razılaşırlar”.
Mediatv.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
S.Seyidov bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyi ilə hesablaşmağa, onu nəzərə almağa məcburdurlar: “Prezident İlham Əliyevin ən əsas mesajı ondan ibarətdir ki, heç kim Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Biz bu fikir, mövqe ilə Avropa Şurasının Parlament Assambleyasına gedirik. Bilirik ki, hücumlar, qeyri-obyektiv yanaşmalar, təxribatlar da ola bilər. Ancaq Azərbaycanın mövqeyi ilə artıq hesablaşırlar, nəzərə alırlar. Müstəqil bir dövlətin fikri cox ciddi gücə malikdir”.
S.Seyidov Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərin bərpa olunmasına da toxunub. O vurğulayıb ki, Avropa Parlamentinə Azərbaycan lazımdır, bir o qədər ki, Azərbaycana Avropa Parlamenti lazımdır: “Biz bütün beynəlxalq qurumlarla qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq etməyə hazırıq”.
Komitə sədri əlavə edib ki, Azərbaycanın daxili siyasəti ilə xarici siyasəti vəhdət təşkil edir: “Azərbaycan inkişaf etdikcə, yüksəldikcə bir o qədər də onun daxili və xarici siyasəti də möhkəmlənir. Ona görə də Azərbaycan xarici siyasətdə böyük uğurlar qazanır. Avropa Parlamentinin Azərbaycana gəlişi xarici diplomatiyamızın uğuru deyilmi?! Azərbaycanda parlament seçkiləri və referendum keçiriləndə Avropa Şurasından nümayəndə heyəti gəldi və ölkədə proseslərin yüksək səviyyədə getdiyini qeyd etdilər. Prezident İlham Əliyev qeyd etdi ki, Avropa Şurasından gələn nümayəndə heyəti referendumla bağlı çox müsbət fikirlər söyləyib. Bunlar hamısı bir daha onu göstərir ki, Azərbaycanın xarici siyasəti daxili siyasəti ilə vəhdət təşkil edən bir prosesdir və bu proses daxildə olduğu kimi, xaricdə də qəbul edilir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024