Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-12-2015, 12:30)
Səməd Seyidov: “Yaqlandın Azərbaycanla bağlı qərarı bizdə təəccüb doğurdu”

“Qoy, cənab Yaqland araşdırıcı missiyanı əvvəlcə Dağlıq Qarabağa və digər işğal olunmuş ərazilərə göndərsin”

 

“Yaqlandın Azərbaycanla bağlı qərarı bizdə təəccüb doğurdu”.

 

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, qurumun Monitorinq komitəsinin sədr müavini Səməd Seyidov Avropa Şurası baş katibinin Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi ilə bağlı rəsmi araşdırmaya başlamasına münasibət bildirərkən deyib.

 

S. Seyidov qeyd edib ki, Avropa Şurasının Londonda keçirilən iclasına qatılıb və həmin iclasda T. Yaqland bu kontekstdə çıxış edib: “Onun çıxışında konkret olaraq bu məsələ gündəmə gətirildi ki, üzv dövlətlər Avropa Şurasının qəbul etdiyi konvensiyaları yerinə yetirməkdən çəkinirlər, ehtiyat edirlər və bu da ümumiyyətlə, Avropa Şurasının bir qurum kimi mövcudluğuna təhlükə yaradır. Yaqland sözlərini təsdiq etmək üçün 10-15 ölkədən misal gətirdi. Mən bununla bağlı bir neçə məsələni diqqətə çatdırım. Birincisi, Böyük Britaniya Avropa Şurasının İnsan haqları konvensiyasını uzun illərdir müntəzəm olaraq yerinə yetirmir, hətta Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əməl etmir. Bunu Yaqlandın özü də dedi. İkincisi, hər bir ölkə Avropa Şurasına daxil olarkən həmin konvensiyaların qeyri-şərtsiz həyata keçirilməsi ilə bağlı sənəd imzalayır. İlk dəfə Rusiya Federasiyası Konstitusiya Məhkəməsi qərar verdi ki, Avropa İnsan Haqları Məhkəməsinin hansı qərarı ölkənin Konstitusiyasına uyğun olacaqsa, onu yerinə yetirəcək. Üçüncüsü, Macarıstan bu iclasda öz Konstitusiyasının Avropa Şurasının konvensiyaları ilə uyğun gəlməməsi məsələsini qaldırdı. Dördüncüsü, bu yaxınlarda Polşada seçkilər nəticəsində Konstitusiya Məhkəməsinin hakimlərinin dəyişdirilməsi və bununla da Konstitusiyanın kobud şəkildə pozulması və sair məsələlər də qeyd olundu”.

 

"Bu gün Avropa Şurasında onsuz da dezinteqrativ proseslər gedir. Zərər çəkən Azərbaycan yox, böhran içərisindəki Avropa Şurası olacaq”.

 

S. Seyidov deyib ki, çıxışında Avropa Şurası İnsan Haqları Məhkəməsinin “Çıraqovlar məsələsi” haqqında qərarının da bura aid edilməsini istəyib. O, təəssüflə bildirib ki, beynəlxalq konvensiyaların həyata keçirilməsi ölkələr içərisində xaos, destabilizasiya və qeyri-sabitliyə gətirir, ona görə də ölkələr özlərini qorumaq üçün artıq beynəlxalq səviyyədə yox, lokal səviyyədə qanunların üstünlüyünə önəm verirlər: “Ən böyük beynəlxalq pozuntu Azərbaycan torpaqlarının işğal olunmasıdır. Qoy, cənab Yaqland Azərbaycana araşdırıcı missiyanı göndərməzdən əvvəl bu missiyanı Dağlıq Qarabağa, digər işğal olunmuş torpaqlara göndərsin. Görsünlər ki, Ermənistan Avropa məhkəməsinin tələblərini necə yerinə yetirir. İyirmi ildən çoxdur ki, bütün beynəlxalq qanunları pozaraq, Avropa Şurasının bütün qərarlarına zidd olaraq Azərbaycanın ərazisinin bir hissəsini işğalda saxlayırlar. Cənab baş katib qoy iclasda adını çəkdiyi bütün ölkələrə missiya göndərsin. Niyə məhz Azərbaycan? Hesab edirəm ki, bu, növbəti anti Azərbaycan addımlardan biridir və bu addım heç bir ciddi nəticəyə gətirib çıxara bilməz. Bu gün Avropa Şurasında onsuz da dezinteqrativ proseslər gedir və bu proseslərə baş katib bu şəkildə təsir göstərmək istəyirsə, o zaman həmin proseslər daha da sürətlənəcək. Nəticədə zərər çəkən Azərbaycan yox, böhran içərisində olan Avropa Şurası olacaq”.

 

 

Qeyd edək ki, Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland ilk dəfə öz səlahiyyətindən istifadə edərək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb və bununla bağlı Azərbaycana araşdırıcı missiya göndərməyi qərara alıb.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024