Siyasət (27-09-2016, 13:33)
“Suriyaya getməkdənsə, Qarabağın azadlığı uğrunda döyüşsünlər” – Siyavuş Novruzov
“Azərbaycanda bəzi insanlar din yolunda döyüşmək adı altında Suriyaya gedirlər”.
Mediatv.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, həmin şəxslər Suriyaya din uğrunda vuruşmaq üçün deyil, öz məqsədləri üçün gedirlər: “Həmin adamlar din pərdəsi adı altında cinayətkarlıq edirlər. Əgər sən torpaq uğrunda vuruşursansa, get Qarabağın azadlığı uğrunda döyüş. Cari ilin 2 aprel hadisələrində Azərbaycan ordusunun əldə etdiyi uğur məlumdur və buna bir nümunədir. Əgər həmin insanlar həqiqətən döyüşmək istəyirsə, bu yolda vuruşsunlar. Daha Suriyada yox. Nəyin uğrunda vuruşduqları da məlum deyil. Onlar din pərdəsi altında başqa məqsədlərə çatmaq istəyirlər. Buna isə heç vaxt nail ola bilməcəklər”.
"Report"