Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-04-2016, 13:19)
Siyavuş Novruzov: "Əks halda bayrağımızı İrəvanın ortasından asacağıq"

Siyavuş Novruzov: "Əks halda bayrağımızı İrəvanın ortasından asacağıq"

 

"Cəbhə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycan həm ruh yüksəkliyi, həm döyüş təchizatı ilə Cənubi Qafqazda ən qüdrətli orduya malikdir və hər zaman torpaqlarını işğaldan azad etməyə qadirdir".

Mediatv.az Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Qafqaz Müsəlmanları İdarəsinin şəhidlərimizin xatirəsinə həsr olunan tədbirində deyib.

S.Novruzov bildirib ki, bir daha sübut olundu ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil: "Əgər dondurulmuş münaqişə həll olunmursa, bu hər zaman təhlükə deməkdir. Beynəlxalq təşkilatlar bunu başa düşməlidir ki, əgər münaqişə sülh yolu ilə həll olunmursa, Azərbaycan alternativ yol ilə öz torpaqlarını işğaldan azad etməyə hazırdır".

S.Novruzov deyib ki, bəzi qüvvələr düşünürdülər ki, münaqişəni uzadacaqlar, yeni nəsil işğal olunmuş torpaqları unudacaq və beləliklə münaqişə həll olunacaq: "Ancaq son hadisələr göstərdi ki, yeni nəsil işğal olunmuş torpaqlarımızı azad etməyə daha çox can atır, könüllü olaraq döyüşə getməyə hazır olduqlarını bildirirlər".

Deputat əlavə edib ki, bir çox böyük dövlətlər Azərbaycanın haqlı olduğunu bildirdi və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi: "Azərbaycanda həm dövlət strukturları, həm ictimai təşkilatlar, həm də cəmiyyət bu hadisələr zamanı vahid mövqedən çıxış etdi və bu da düşmənimizi qorxuya saldı. Azərbaycan prezidentinin rəhbərliyi altında uzun illər aparılan iş öz bəhrəsini verəcək. Azərbaycan prezidenti atəşkəsi bərpa etməklə dünyaya sübut etdi ki, Azərbaycan sülhsevər bir ölkədir və biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Lakin beynəlxalq təşkilatlar bunu başa düşməli və münaqişəni həll etməlidir. Əks halda, Azərbaycanın rəşadətli ordusu öz bayrağını İrəvanın ortasından asacaq və beynəlxalq təşkilatlar hər şeyin gec olduğunu başa düşəcəklər".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024