Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-09-2016, 22:56)
“MSK hər bir faktı ciddi araşdıracaq”

Rüfət Quliyev: “Dünyanın heç bir ölkəsində müxalifət səsvermə nəticələrilə razılaşmır”

Fəzail Ağamalı: “Hesab edirəm ki, Ümumxalq Səsverməsi baş tutmuş sayıla bilər”

Aydın Mirzəzadə: “Hər hansı fakt varsa, MSK onu ortaya çıxaranlara ancaq təşəkkür edə bilər”

Sentyabrın 26-da keçirilən referendumda müşahidə olunan aktivlik dünyanın bir çox ölkələri ilə müqayisədə yüksək sayıla bilər. Bunu Qafaznews.az-a deputat Rüfət Quliyev bildirib. “Mən referendumu Pirallahıda müşahidə etdim. Saat 19:00-da aktivlik 69 faiz idi. Heç bir insidentə, xoşagəlməz hala rast gəlmədik. Gənc bir rayon üçün aktivlik heç də pis sayılmaz. Dünyanın bir çox ölkələrində absenteizm müşahidə olur, seçicilər adətən seçkilərə və referendumlara elə də həvəslə getmirlər. Bir neçə gün əvvəl Sankt-Peterburqdan gəlmişəm. Bu şəhərdə parlament seçkilərində iştirak 32-33 faiz idi, amma Rusiyada ümumi iştirak 47 faizdir. Düşünürəm ki, respublikamızda aktivlik 75 faizdən aşağı olmayacaq”, – deyə deputat qeyd etdi. O, referendumda xoşagəlməz hallarla bağlı sosial mediada yayılan bəzi informasiyalara da toxundu: “Mənə elə gəldi ki, onlardan bəziləri quraşdırılmış, təşkil olunmuş hallardır. Ümumi mənzərəyə belə hallar təsir edə bilməz. Dünyanın elə bir ölkəsi yoxdur ki, orda müxalifət səsvermə nəticələrindən razı qalsın. Müxalifətin davası hakimiyyət davasıdır”.

“Ana Vətən” Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı referendumda ailəsi ilə iştirak etdiyini bildirib: “Biz əvvəlcə səhvən bir məntəqəyə getdik, lakin sonra dislokasiya üzrə başqa məntəqəyə yönəltdilər. Hər iki məntəqədə səsvermənin səliqəli və qaydasında keçirildiyini gördüm. Səsvermədən sonra başqa məntəqələrdə müşahidə aparmadım. Lakin mətbuatı və televiziyanı izləyirəm… Hesab edirəm ki, Ümumxalq Səsverməsi baş tutmuş sayıla bilər. Sabah müxtəlif dairə və məntəqələrdə olan müşahidəçilərimizin də rəylərini toplayıb, ümumi qiymətləndirmə aparacağıq. Lakin hesab edirəm ki, referendum yüksək səviyyədə baş tutub, insanlar azad və demokratik şəkildə öz mövqeyini bildirib”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, referendum kifayət qədər şəffaf və demokratik şəkildə keçib. “Özüm 16 saylı II Yasamal seçki dairəsinin 22 saylı məntəəsində səsvermədə iştirak etdim. Eyni zamanda MSK-nın məşvərət hüquqlu üzvü kimi, bir neçə məntəqədə müşahidə apardım. Hər şey öz qaydasında idi, müşahidəçilər bütün prosesə nəzarət edə bilirdilər. Referendum Seçiklər Məcəlləsinə uyğun təşkil olunmuşdu. Hər hansı kənar şəxslərin seçki məntəqələrində olmasını, təbliğat və ya əks-təbliğat müşahidə etmədim. Polislər öz vəzifəsini seçki mənqətələrindən kənarda müşahidə edirdilər. Hər hansı xoşagəlməz hal, fakt olubsa, onu ortaya çıxaracaq şəxslərə MSK ancaq təşəkkür edə bilər. İnanıram ki, bu və digər hallarla bağlı MSK ciddi şəkildə araşdırma aparıb tədbir görəcək. Ümumiliklə götürdükdə, referendumun mütəşəkkil, hadisəsiz və qanunauyğun keçib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024