Karusel (3-08-2016, 11:39)
"Seçici siyahıları tam hazır sayıla bilər" - MSK
“İnamla demək olar ki, cari ilin mayında Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş seçici siyahıları ümumxalq səsverməsinin (referendumun) yüksək səviyyədə həyata keçirilməsi üçün tam hazır sayıla bilər”.
Mediatv.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
N.Məmmədov qeyd edib ki, seçici siyahıları çox mühüm seçki sənədi olmaqla, il boyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir.
N. Məmmədov bildirib ki, MSK üzvləri və əməkdaşları referendum dövrü İctimai Televiziya və Radio Yayımları Şirkətində hər həftə ümumxalq səsverməsi (referendum) və referendum prosesinin müxtəlif məsələlərinə həsr olunmuş mövzularla çıxış edəcək, eyni zamanda, mətbuatda ictimai maraq doğuran məqalə və müsahibələr çap etdirəcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.