Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (2-11-2015, 13:11)
Avropalı deputatlardan seçkiyə müsbət rəy

 

“Azərbaycanda keçirilən parlament seçkilərində fəallıq Avropa normalarından artıq idi”

Mediatv.az xəbər verir ki, bunu Bolqarıstan parlamentinin deputatı, Parlamentin İqtisadiyyat və turizm komitəsinin sədri Peter Kanev noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə, görə Azərbaycan parlament seçkilərində stabilliyə səs verdi.

Bundan başqa, Avropa Milli Parlamentinin üzvlərindən ibarət seçki monitorinq qrupunun rəhbəri, Avstriya parlamentinin vitse-prezidenti Volf Qanq Gros Kuk Azərbaycanda stabilliyin olduğunu, bunun getdikcə inkişaf etdiyi vurğulayıb. Onun sözlərinə görə, ümumilikdə səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi: “500-dən artıq veb-kameranın quraşdırıldığını müşahidə etdik. Bəzi məntəqələrdə isə seçkilər bir neçə mərtəbədə təşkil olunmuşdu. Səslərin sayılması kifayət qədər şəffaf keçirildi və hər hansı problem yaşanmadı”.

Seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edən rumıniyalı deputat Adrian Miroslav Merka isə bildirib ki, hər bir məntəqədə təşkilatçılıq yüksək səviyyədə olub: “Deputatlığa namizədlərin nümayəndələri seçki qanunvericiliyinə uyğun hərəkət ediblər. Seçkini əvvəldən sona qədər müşahidə apardıq. Olduğumuz bütün seçki məntəqələrində seçki proseduru tam normal qaydada həyata keçirilib. Əlil və yaşlı insanlar üçün daşınan qutular təşkil olunmuşdu”.

O, qeyd edib ki, seçici fəallığı yüksək səviyyədə idi: “Gözdən əlil seçicilər belə səsvermədən kənarda qalmadılar. Bütün bunlar bizə onu deməyə əsas verir ki, seçkilər azad, şəffaf və demokratik olub. Azərbaycan tərəfinə öz təbriklərimizi çatdırırıq”. 

Böyük Britaniya Lordlar Palatasının üzvü lord Baronessa Detta çıxışında isə 6 seçki dairəsində müşahidə apardıqlarını və seçkilərin demokratik keçirildiyini vurğulayıb: “Baş çəkdiyimiz seçki məntəqələrində seçici fəallığı var idi. Seçici barmaqlarının mürəkkəbə batırılmasının müsbət bir təcrübədir. Hər şey qayda-qanun çərçivəsində keçirilirdi və təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil olunmuşdu. Seçki prosesi çox nizamlı şəkildə həyata keçirildi".

Lord Deyvid Evans isə qeyd edib ki, Azərbaycanda parlament seçkiləri şəffaf və azad keçirilib: "Bizim müşahidə etdiyimiz dairələrdən ikisi bölgələrdə idi və paytaxtdan kənar vəziyyəti də müşahidə etmək olduqca maraqlı idi".

Avropa Parlamentinin Avstriyadan olan üzvü Franz Obermayer də həmkarları ilə həmfikirdir. O, qeyd edib ki, seçkilərin gedişatı çox şəffaf oldu: “Seçki prosesi demokratik şəraitdə keçirilib. Heç bir qanun pozuntusu müşahidə etmədik. Seçki prosesində şəffaf mürəkkəbdən istifadə olunması indiyədək müşahidə etdiyi əsas yenilik olub”.

 Birləşmiş Krallığı təmsil edən Maykl Hankok isə səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda müşahidəçilərin iştirak etdiyini vurğulayıb: “Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir problem qeydə almadı. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi”/azvision.az/.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024