Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-09-2016, 14:10)
"Əli Kərimli fəhlələri 10 manata mitinqə gətirir" - Razi Nurullayev

 

 

“Milli Şuranın mitinqlərinə Bakıda yerləşən “qul bazarları”ndan saatı 10 manata fəhlələr gətirirlər”.

Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Əli Kərimlinn keçmiş müavini Razi Nurullayev deyib. 

Partiya sədri bildirib ki, Əli Kərimlinin keçirdiyi mitinqlərin təşkili zamanı müəyyən şəxslərə “Məhsul” stadionuna pulla adam gətirməsi üçün tapşırıqlar verilirdi: “Mitinq təşkil edənlər, yəni təşkilat komistəsinin üzvləri, o cümlədən bəzi fəllarən üzərinə öhdəlik qoyulurdu ki, mitinqə 30 nəfər gətirməlisən. Təbii ki, 30 nəfərə görə müəyyən edilmiş bir məbləğ alınırdı. Həmin şəxs 30 nəfəri tapa bilməyəndə, mitinqdə iştirak etməsi üçün "qul bazarı" deyilən yerdən saatı 10 manata fəhlələr gətirirdi”.



Milli Şuranın mitinqlərinin xarici səfirlkilərin sifarişi ilə baş tutmasına gəlincə, R.Nurullayev deyib: “Səfirliklərin birbaşa siyasətçilərə pul verməsinə o qədər də inanmıram. Amma digər xarici qüvvələr, siyasi fondlar və yaxud buna bənzər qurumlar bunu asanlıqla edə bilər. Bir məsələ aydındır ki, 20 qəpiyin olmadan metro ilə bir stansiya belə gedə bilməzsən. Mitinq təşkil etmək üçün isə ən azı 20-30 min manat lazımdır. Bu baxımdan təbii ki, Milli Şuranın maliyyələşdiyi mənbələr var. Bu mənbələrin kim olmasını, qanuni və qanunsuz olmasını hüquq-mühafizə orqanları aşkara çıxarmalıdır”.

R.Nurullayev bildirib ki, bacarıqlı siyasətçilər pulları olmadığına görə kölgədə qalırlar: “Yalançı qəhrəmanlar, xalq adından istifadə edib meydan sulayanlar öndədirlər, çünki pulları var. Biz niyə bunu edə bilmirik? İnsanları küçəyə çıxarmaq, təbliğat aparmaq, onları meydanlara daşımaq, yol pulularını ödəmək, çay və yemək pulu vermək üçün kifayət qədər vəsait lazımdır. Əgər bu vəsait xalqa xidmət edirsə, bir kəlmə əleyhinə sözüm ola bilməz. 

Məsələ burasındadır ki, bu cür "mitinq azarları" ildə bir neçə dəfə tutur və sonra da yenə qış yuxusu başlayır. Görünən odur ki, mitinqlər sanki, kiminsə dəftərinə quş qoymaq üçün keçirilir. Səmimiyyətə onda inanardım ki, bunu davamlı və artan xətt üzrə etsinlər. Bu isə heç zaman olmayıb”.



Partiya sədrinin sözlərinə görə, bəzi insanlar mühacirətə getmək üçün Milli Şuranın mitinqlərinə qatılırlar: “Bu, həmin şəxslərlə bərabər, təşkilatçıların da marağındadır. Onlar çalışırlar ki, mitinqdə adam sayı çox olsun. 

Məsələ burasındadır ki, mitinqdə şəkil çəkdirənlər, müxalif danışanlar, hakimiyyəti sərt tənqid edənlər, polislə əlbəyaxa döyüş edib, kadr tutanlar xarici ölkədə status alandan sonra birdəfəlik yoxa çıxırlar. Bu cür yüzlərlə faktlar var. Belə yaramaz insanların mitinq iştirakçılarının sayını çoxaltması demokratiya dəyərlərinə ziddir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024