Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-12-2014, 11:24)
“14 dekabr mitinqi Müsavatın təzədən toparlanması üçün lazım idi”

Bölgə müsavatçıları aksiyanı uğurlu sayır və davamlı olmasını istəyirlər...

 

 
Müsavat Partiyası dekabrın 14-də qurultaydan sonrakı ilk mitinqini keçirdi. Mitinq öncəsi və sonrası müxtəlif fikirlər səsləndirilirdi. Kimiləri aksiyanı Müsavatın qurultaydan sonra özünü təsdiqi kimi qiymətləndirdi, kimisi isə mitinq iştirakçılarının sayının az olmasını önə çəkərək müxtəlif, əsassız fikirlər səsləndirdi. Maraqlıdır, partiyanın rayon təşkilatlarının təəssüratları necədir?
Sabirabad rayon təşkilatının sədr əvəzi Azər İsmayıl alqışa layiq bir mitinq keçirildiyini dedi. Onun fikrincə, əsas kəmiyyət yox, mahiyyətdir: “Mahiyyət etibarı ilə də siyasi dustaqlara azadlıq tələbi ilə normal bir mitinq keçirildi. Təbii ki, ortalıqda iş olanda tənqidçilər daha çox olur. Bu gün bizim əsas problemlərimizdən biri siyasi məhbusların çox olması ilə bağlıdır. Biz bu problemi həll etməliyik ki, insanlar günahsız yerə əziyyət çəkməsinlər”.  
Partiyanın Mingəçevir rayon təşkilatının sədri Nurəddin Rüstəmli  mitinqə gəlməyən müsavatçıları qınadığını dedi: “Mingəçevir təşkilatı olaraq 5 üzvümüzlə mitinqdə iştirak edirdik. İnsanlar ən azından dustaq həyatının ağırlığının mahiyyətinə varmalı və onlara mənəvi dəstək olmaq üçün mitinqdə iştirak etməli idilər. Bir saat da olsa dustaq həyatı yaşamış adam bilir ki, məhbus həyatı çox çətindir. Ona görə də mən məclisdə, sosial şəbəkələrdə pafosla danışıb mitinqə gəlməyən müsavatçıları qınayıram”.
Müsavatın Şamaxı rayon təşkilatının sədri Yasəf Ağazadə mitinqə daha çox insanın gəlməli olduğunu söylədi: “Ancaq bütün bunlar müvəqqəti çətinliklərdir. İnsanların az toplaşmasının bir səbəbi də hava şəraitinin pis olması ilə bağlıdır. Düşünürəm ki, Müsavat Partiyasında narazı tərəflərin olmasının da buna təsiri var. Buna baxmayaraq, narazı tərəfin nümayəndələrindən də mitinqdə iştirak edənlər vardı. Məsələ ondadır ki, hara gedirsən, əhali narazılıq edir. Amma heç kim öz haqqını tələb etməkdən ötrü qüvvəsini ortaya qoymaq istəmir, seyrçi mövqe tutur”.
Salyan rayon təşkilatının sədri Nizami Abbaslı mitinqin müvəffəqiyyətlə keçdiyini dedi: “Biz də öz etirazımızı necə lazımdırsa, bildirdik. Ola bilər, hava şəraitinin pis olması iştirakçıların gəlməsinə maneə yaratsın. Əgər diqqət etdinizsə, stadiondan kənarda xeyli adam var idi. Ancaq onlar cəsarət edib stadionun içinə girmirdilər”.
Partiyanın Oğuz rayon təşkilatının sədri Həqiqət Mikayıl mitinqlərin davamlı olmasını istədiyini bildirdi: “Oğuz rayon təşkilatı olaraq 6 nəfər üzvümüzlə mitinqdə iştirak edirdik. Mitinqlə bağlı hansı fikirlərin səsləndirilməsinin, sayın azlığının, çoxluğunun heç bir əhəmiyyəti yoxdur. Siyasi məhbusların azad edilməsini hökumətdən tələb etmişik. Az da olsaq, çox da olsaq bu gün rejimə qarşı durmağa gücümüz var. Müsavatın o mitinqi keçirməsini yüksək dəyərləndirirəm və bunun davamlı olmasını istəyirəm. Azərbaycanda siyasi məhbusların olması hər kəsin ürəyini ağrıdan bir məsələdir. Ona görə də bu mitinqlərin davamlı olmasını istərdim”.
Partiyanın Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli dedi ki, növbəti mitinqlərdə iştirakçıların sayında xeyli artım olacaq: “Mitinqin mövzusu, tələbi ən aktual tələb idi. Biz mitinqlərdə imkan daxilində hər zaman iştirak edirik. Mitinqin keçirilməsi haqqında mitinqqabağı da çoxlu fikirlər səsləndirilirdi. Havanın soyuq olması da yaxından, uzaqdan gələnlərə müəyyən problemlər yaratdı. Həm də Müsavat Partiyasının toparlanmağa ehtiyacı var, deyə düşünürəm. Narazı tərəfdən mitinqdə iştirak etməyənlər vardı. Düşünürəm ki, narazı olanlar da partiyanın mitinqlərində, tədbirlərində iştirak etməlidir. Bu, qurultaydan sonra ilk mitinq idi. Mitinqə gəlməyənlər də növbəti mitinqlərdə yəqin ki, dərk edərlər ki, bu, kiminsə yox, partiyanın tədbiridir. Kim nə deyir desin. Əsas məsələ siyasi məhbusların azadlığı ilə bağlı olan məsələdir ki, biz də bunu mitinq vasitəsilə bir daha ictmaiyyətə çatdırdıq. Rusiya kimi böyük bir dövlətdə siyasi məhbusların sayı Azərbaycandakından qat-qat aşağıdır. İnsanlar bu ürək ağrıdan məsələni qabartmaq üçün vətəndaşlıq mövqelərini ortaya qoymalı və mitinqdə iştirak etməlidirlər”

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024