Siyasət (17-08-2016, 09:34)
Ərdoğandan Qərbə ağır ittiham
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu və nümayəndə heyətini qəbul edib.
Mediatv.az xəbər verir ki, Prezident Sarayında baş tutan görüşdə Ərdoğan ölkənin hüquqi dövlət olaraq qalacağını deyib:
“Qiyamçılar nə qədər vicdansız, əxlaqsız, şüursuzdursa, millətimiz bir o qədər cəsur, mərddir. Bu millətə hörmət edilməlidir, bu millət alnından öpülməli millətdir. O gecə meydanlara çıxanlar bu yolun şəhadət ola biləcəyini bilirdi. Yazılacaq xeyli əsər olacaq. O əsərlərdə qəhrəmanlarımız ən canlı şəkildə təsvir olunacaq.
Türkiyə dünyanın başına bəla olan nə qədər təhdid varsa, hamısına məruz qalan yeganə ölkədir. Suriyada yaşanan insanlıq dramı nəticəsində yaranan miqrant böhranı Avropanı tir-tir titrədir. Bu millət 3 milyona baxır, Avropa 3-5 min nəfərə baxa bilmir.
Çevrilişə cəhddən 1 ay ötüb, amma Qərb ölkələrinin liderləri Türkiyəni ziyarət etmədi. Ancaq biz demokratiyamıza, hüquqi dövlətimizə sahib çıxacağıq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024