Siyasət (12-08-2016, 12:46)
Razi Nurullayev: "Yığmada məmurların tapşırdığı idmançılara üstünlük verilir"
"Rio Olimpiadasında" iştirak edən 56 idmançımızdan 35-i legioner və yalnız 21 nəfəri azərbaycanlıdır. Medal qazana biləcək güclü idmançılarımız yığmadan ya qovulub, ya da məşq bazasında haqsızlığa dözməyib millini tərk ediblər. Bunlardan biri Nicat Rəhimov 2 il əvvəl Qazaxıstana köçüb və dünən təkanla qaldırma hərəkətində qızıl medal qazanaraq dünya rekordunu təzələyib.
Mediatv.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalaq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. Rio Olimpiadasında idmançılarımızın çıxışını dəyərləndirən partiya sədri rüşvət və qohumbazlığın Azərbaycan idmanını geri apardığını deyib:
“Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir, nəzarət yoxdur. İçki içən də, siqaret çəkən də, qumar oynayan da var” bu sözləri azərbaycanlı atlet Nicat Rəhimov 2 il əvvəl yığmadan qovulanda demişdi. Bugün Nicatı millimizə (Ağır Atletika Federasiyasına) olan nifrət hissi qalib etdi. O qələbəsi ilə sübut etdiki Azərbaycanda idmana olan qayğıdan daha güclüdür. Bu qələbə eyni zamanda Federasiyada onu bəyənməyən baş məşqçidən tutmuş İdman Nazirinə qədər "güclü idmançı necə olur" nümünəsini göstərdi. Bütün günü televizyalarda idmana göstərilən qayğını gözümüzə soxan hökümət, belə uğurlara baxıb utanmalıdır. Rüşvətlə, korrupsiya ilə qayğı olmaz. Bugün Azərbaycan yığmasında güclü idmançıya deyil, məmur qohumlarına və onların tapşırdığı idmançılara üstünlük verirlər. İdmaçı qıtlığı yarananda isə üz tuturlar əcnəbi idmaçılara. Təbii ki, buna da milyonlar xərclənilir. Bakıda keçirilən 2015 Avropa Oyunlarında 5 medal qazanan əcnəbi gimnastımız Rio Olimpiadasında bir bürünc medal belə qazana bilmədi. Görəsən o 1 il öncə 5 medalı Bakıda necə qazana bilmişdi?”
“Nicatın qələbəsi başqa ölkəni təmsil etməsinə baxmayaraq bizləri də çox sevindirdi”, deyən Razi Nurullayev, həmyerlilərimizin uğurunun bizim uğurumuz olduğunu bildirərək, onu təbrik edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024