Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (17-07-2016, 21:15)
“Ərdoğan çevriliş cəhdinin olacağını öncədən bilirmiş...”- –Məxfi ekspert

“Ərdoğan çevriliş cəhdinin olacağını öncədən bilirmiş...”- –Məxfi ekspert

 

Qardaş Türkiyədəki 200-ə yaxın insanın ölümü ilə nəticələnmiş son dəhşətli olaylar Azərbaycanda da qəlbində islam, türk sevgisi olan hər kəsi yasa batırdı. Əlbəttə, Türkiyə dövlətçiliyinin taleyi çox önəmlidir.  Şükürlər olsun ki, daha kütləvi qırğınların və bununla ölkəni bütövlükdə xaosa bürünməsinin qarşısı alındı. 
Rəsmi olaraq “dövlət çevrilişinə cəhd kimi” dəyərləndirilən 16 iyul Türkiyə olayları barədə  müxtəlif versiyalar səsləndirilir. Daha çox eşidilən hərbi dərbənin ABŞ-ın Pensilvaniya ştatında  yaşayan “Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin agenti”  “İslam” qılaflı mason” adlandırılan Fətullah Gülən tərəfindən yönləndirilməsi barədə Türkiyə rəsmilərinin də səsləndirdiyi fikirlərdir. Aşağılarda bu fikri dəstəkləyən daha çox, hazırkı dövlət başçısı R.T.Ərdoğanın tərəfdarlarıdır.  İkinci versiya ABŞ və Avropada “xaosdan düzənə” prinsipi ilə hərəkət edən güclərin gerçəkdən Türkiyəni ardıcıl, kütləvi teraktlar və dövlət çevrilişləri seriyası ilə qonşu Suriya və İraq kimi vətəndaş savaşına sürükləməklə bu ölkəni də “İŞİD”-ın caynağına vermək istəyənlərin varlığını ortaya qoyur.  Amma Türkiyənin özündə, eləcə də Azərbaycanda  Ərdoğan başda olmaqla AKP-nin özünün bir “İsrail-ABŞ modeli” olduğunu hesab edənlər də var. Belələri  heç də Türkiyədəki son hadisələrin   çevrilişə cəhd yox, Ərdoğanın növbəti  imitasiyası və şousu olduğunu hesab edir. Adının çəkilməsini istəməyən azərbaycanlı ekspert-konspiroloq  moderator.az-a açıqlamasında çox maraqlı iddialarla çıxış etdi. 
Onun fikrincə, “çevriliş cəhdi”nin təşkilatçısı prezident Ərdoğan özüdür... “Ən yaxşı halda Ərdoğan çevrilişə cəhd olacağını bilirmiş, amma özü bilərəkdən təşkilatçıları durdurmayıb. Çünki son olaylar onun xeyrinə oldu. Yəni bu, növbəti dəfə prezidentə ordu ilə yanaşı,   siyasi meydandakı düşmən və rəqiblərini zərərsizləşdirmək imkanı verir, onun əl-qolunu açır. Və ən başlıcası, bu “dərbə” ilə tarixən Atatürkçü  parlamentli respublika idarəçiliyinin tərəfdarı olan Türkiyə ordusu ölkədə və xaricdə kəskin şəkildə nüfuzdan düşdü. Beləliklə, dünyəvi dövlət tərəfdarlarının hakimiyyəti ələ keçirmək üçün mümkün  cəhdlərinin qarşısı alındı... Tarixdə diktatorlar hakimiyyətlərini qorumaq üçün oxşar yollara əl atıblar. Əmir Teymur bir neçə dəfə özünün guya ölməsi barədə şayiələr yaydırmaqla  daxildəki düşmənlərinin qiyama qalxmasına  şərait yaratmış və onları dərhal məhv etdirmişdi... ”
Məxfi ekspert  dediklərinə sübut kimi aşağıdakı arqumentləri irəli sürür:
“...1.  Türkiyədəki son “inqilabın” lideri yox idi. Heç kəs hadisə ilə bağlı məsuliyyəti üzərinə götürmədi...
2. Ərdoğana daha çox nifrət edən “PKK” meyilli kürdlər proseslərdə iştirak etmədi. Görünür, onların özləri  baş verənlərdən başlarını itiriblər. Amma məntiqlə HDP və “PKK” tərəfdarları  hamıdan öncə hərbçilərin müttəfiqləri olmalı idilər.   
3. Gecə saat 1-də  heç bir kəsin olmadığı parlament binasını bombalamağın nə mənası var idi? Bu da sadəcə, şounun bir tərkib hissəsi idi...
4. İnsanların tankla vəhşicəsinə əzilməsi ilə bağlı bir epizodu çıxmaq şərti ilə hərbçilər kütlələrə ciddi müqavimət göstərmədi və asanlıqla əllərindəki neçə tankı təslim etdilər. Sonda isə sadəcə, silahları təhvil verdilər. Yeri gəlmişkən, hərbçilərin əksəriyyətinə heç bir cəza verilməyəcək. Məhz buna görə, “inqilab” üçün əsgərləri seçiblər...
5.  Məntiqlə çevrilişçilər  öncə Ərdoğanın özünü aradan götürməli idilər.. Amma prezidentin o gecə qaldığı “Marmaris” oteli özü ordan çıxandan sonra atəşə tutulub. Onun təyyarəsinə də hücum etmədilər. Sərbəst olaraq ora-bura uçmasına imkan verdilər... 
6. Ərdoğan bir “əsl qəhrəman” kimi  hava limanında xalq kütlələlərinin qarşısına çıxdı. Halbuki, həmin vaxt bütün İstanbul avia-hücum, partlayış,  cana sui-qəsd təhlükəsi altında idi...
7.Ərdoğanın guya İstanbula enə bilməməsi səbəbindən Almaniyadan sığınacaq istədiyi, hətta təyyarəsinin Britaniyaya doğru yol alması barədə məlumatlar yayıldı. Nə üçün? Fikri əsl gerçəkdən yayındırmaq, çevriliş cəhdinin gerçəkliyinə inandırmaq üçün...
8. NATO işə qarışmadı. Halbuki bu olmalı idi. Eləcə də Ərdoğana NATO-dan olan məsləhətçiləri də yardım etmədilər...
9. Yunanıstanın guya hərbi təyyarələrini havaya qaldırması haqda xəbərlər yayıldı. Nə üçün? Quzey Kipri geri almaq üçün? Hər şey diqqəti yayındırmaq üçündü. Guya heç kəs heç nə bilmir, hər kəs şokdadı. Hətta Yunanıstan da başını itirib...”
Ekspert sözünü Türkiyədəki son qurban və şəhidlərə başsağlığı diləməklə bitirdi:
“Əlbəttə, əsl həqiqəti Allah və dəhşətli və kütləvi insan qətlləri ilə nəticələnmiş bu olayların gerçək təşkilatçıları bilir. Bütün hallarda sadə türk xalqı, sıravi türk  və eləcə də hərbçilərin böyük əksəriyyəti zorakılıq edən böyük bir qrupun qarşının alınmasında fədakarlıq və qəhrəmanlıq göstərdi. Buna kölgə salmaq olmaz. Allah qurban və şəhidlərə rəhmət etsin, yaralılara şəfa versin!..”

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024