Siyasət (5-05-2016, 13:10)
MSK: ''İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib''
“İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib. Artıq onun imza toplaması və Dairə Seçki Komissiyasına təqdim etməsi heç bir əhəmiyyət daşımır. Sənədlər təqdim olunsa belə Dairə Seçki Komissiyası məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü və onun faktiki seçilmək hüququnun olmadığını onun diqqətinə çatdıracaq”.
Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
REAL Hərəkatının sədri İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürməsi barədə danışan Ş. Əsədli deyib ki, Azərbaycan vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan aktiv və passiv seçki hüquqları var: “Aprelin 25-də İlqar Məmmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təqdim edilib. DSK operativ qaydada bu sənədlərə baxıb, digər seçki subyektləri kimi ona da müvafiq kömək göstərilib”.
Aprelin 28-də İlqar Məmmədovun deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq olunduğunu deyən Ş. Əsədli onun nümayəndələrinə imza vərəqələri, müvafiq seçki sənədləri təqdim edildiyini bildirib: “Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib”.
Qeyd edək ki, aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə müdafiə tərəfinin İlqar Məmmədov və Tofiq Yaqubluya bəraət verilməsi barədə vəsatətləri təmin etməyib.Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
İ. Məmmədov və T. Yaqublu 2013-cü ilin yanvar ayında baş verən İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024