Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-04-2016, 17:47)
“Cəbhə bölgəsində hərbi vəziyyət elan olunsun” - Zahid Oruc

 

 

Xəbər verdiyimiz kimi, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşib. Ermənilər bu dəfə mülki obyektləri və kənd sakinlərini hədəf alıblar. Ötən gecədən bu yana Ağdamda 59 ev dağıdılıb, qəlpə yarası almış 2 kənd sakini ölüb, 7 nəfər isə yaralanıb.

 

Mediatv.az xəbər verir ki, Müdafiə naziri hələ aprelin 4-də ermənilərin mülki obyektlərimizi atəşə tutmağı davam etdirəcəyi təqdirdə Xankəndi və digər işğal olunmuş yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə dair göstəriş verib. Nazirlik dünən verdiyi açıqlama ilə də bu məsələni bir daha qabardıb: “Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, biz də onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq”.

Məsələylə bağlı “Qafqazinfo”ya münasibət bildirən millət vəkili Zahid Oruc ermənilərin mülki əhalini məqsədli şəkildə atəşə tutduğunu söyləyib: “Son günlərdə təmas xəttində baş verən gərginliklərin əsas məqsədi ermənilərin 4 günlük müharibədəki məğlubiyyətdən çıxış yolu axtarmasıdır. Sarkisyan rejimi onun fərqindədir ki, həqiqətlər cəmiyyətə bəlli olduqca o sadəcə generallarını qurban verməklə yaxasını qurtara bilməyəcək.

Xalq artıq görür ki, Seyran Ohanyanın protez ayağı gözdən pərdə asmaqdan başqa bir şey deyil. Son 3 gündə ermənilər Sarkisyanın çevrəsində olanların məsləhətilə Azərbaycanın məhz mülki insanlarını hədəfə alan əməliyyatlar həyata keçirir. Səbəb çox sadədir: həmin bölgələrdən əhalini qaçırmaq, iqtisadi ziyan vurmaq, ölkədə mənəvi, psixoloji bir yük yaratmaq.

Onlar çox yaxşı bilirlər ki, haranı hədəfə alırlar, ön cəbhədəki əsgərlər hansı məsafədə durur. Odur ki, onlar ordu ilə yox, xalqla vuruşmağı qarşısına məqsəd qoyub. Tərtərin Qapanlı, Səhləbad, Ağdamın sərhədyanı bölgələrindən əhalini köçürməklə əsgərlərimizə psixoloji təsir göstərmək, Azərbaycanı yenidən 90-cı illərin pessimist ruhuna qaytarmaq istəyir”.

Deputat qeyd edib ki, mülki vətəndaşların özünü müdafiə edə bilməsi üçün sərhədyanı ərazilərdə hərbi vəziyyət elan edilə bilər:

“Birincisi, təmas xəttinə yaxın kəndlərdə 20-45 yaş arası kişilər silahla təmin olunmalıdır. Bunu əvvəllər dünya praktikasında da görmüşük. Bütün əhaliyə silah verilsin çağırışı etmirəm, ancaq sərhədyanı ərazidə yaşayan insanlar özünü müdafiə edə bilməlidir. Və yaxud həmin kəndlərdə hərbi vəziyyət də elan oluna bilər.

İkincisi isə odur ki, Azərbaycanın malik olduğu hərbi silahlar erməniləri hazırkı mövqelərindən daha geriyə çəkilməyə vadar edə bilər. Texnikamız buna imkan verir və bunun üçün xüsusi hərbçi olmağa ehtiyac yoxdur. Bu səbəbdən Azərbaycan mülki əhalinin qorunması tədbirlərini fərqli bir şəkildə həyata keçirmək üçün mühüm planlar qurmalıdır. Bununla bağlı iş hazırda həyata keçirilir. Döyüş tapşırığı birbaşa ölkə başçısından gəlir”.

Z. Oruc son olaraq qeyd edib ki, müharibə təkcə Ermənistanın qərarı ilə başlamayacaq:

“Sarkisyan özü dilə gətirib ki, biz 80-ci illərin metallomu ilə vuruşuruq. Bu, o deməkdir ki, Ermənistan müharibə qərarı alaraq birbaşa təslim olmaq, uduzmağı seçir. Hamı bilməlidir ki, Azərbaycan müharibəyə tam hazırdır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024