Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-04-2016, 18:10)
“Siyasi iradə tapmaq kritik məqam olaraq qalır” – ATƏT PA sədri

09a9e2b08e45bf40db72356a9e246607

 

“Son ay ərzində hadisələrin dramatik inkişafı bir daha Ukrayna və Dağlıq Qarabağ münaqişələrinin destabilizasiya potensialını və insan həyatı itkisinə səbəb olduğunu göstərdi”.
Mediatv.azxəbər verir ki, bunu Almaniyanın Laynsvayler şəhərində ATƏT-in Parlament Assambleyası (PA) çərçivəsində münaqişələrin həllinə həsr olunan seminarda ATƏT PA-nın sədri İlka Kanerva bildirib.
İ. Kanerva deyib ki, ATƏT regionunda bütün münaqişələrin həlli yolunu tapmaq istiqamətində fikir ayrılıqlarını aradan götürmək üçün siyasi iradə tapmaq kritik məqam olaraq qalır. Bu, ATƏT-in həllində mandata malik olduğu bütün münaqişələrin həllində əsas komponent olaraq qalır.
Qeyd edək ki, 16-17 aprel tarixlərində Laynsvaylerdə ATƏT-in Parlament Assambleyası çərçivəsində münaqişələrin həllinə həsr olunan seminar keçirilib. Seminarda Almaniya, Rusiya, Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Finlandiya, Fransa, Ermənistan, Gürcüstan, İtaliya, Litva, Moldova, İsveçrə və İsveçdən olan parlamentarilər iştirak ediblər. Seminarda məqsəd münaqişələrin həllinə ATƏT-in töhfəsini müzakirə etməkdir. Seminarda müzakirələr əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında son gərginliyə həsr olunub.

 

APA

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024