Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-04-2016, 16:53)
“Rusiya Azərbaycandan öhdəlik ala bilməzdi”

Mediatv.az xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev “Rossiya 1” telekanalına verdiyi müsahibədə rəsmi Moskvanın silah satışı ilə bağlı siyasətinə toxunub.  

“Əgər Rusiya Ermənistan və Azərbaycana silah satışını dayandırarsa, onun yerini başqa ölkələr tutacaq. Təsəvvür edin ki, Rusiya bu roldan imtina etsə, yer boş qalmayacaq. Tərəflər başqa ölkələrdən silah alacaqlar”,-deyə o bildirib.  

Maraqlıdır, Azərbaycan Rusiyadan silah idxalını məhdudlaşdırsa ya da dayandırsa, bu boşluğu necə doldura bilər?  

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu barədə Modern.az saytının suallarını cavablandırıb.  

"Rusiya üçün həmin silahların hansı bölgəyə aparılması önəmli deyil" 

Deputat bildirib ki, Medvedevin açıqlamaları heç kimin indiyə qədər ehtimal etmədiyi məsələləri üzə çıxartdı.  

“Bu, Rusiya tərəfinin bölgəyə uzun müddət tətbiq etdiyi fərqli silah siyasətinin nə üçün dəyişdiyi sualına cavabı ortaya qoydu. Birinci növbədə Lev Roxlini xatırlatmaq istəyirəm.

O, Rusiya Dumasında Təhlükəsizlik komitəsinin sədri olub. Roxlin Boris Yeltsinin hakimiyyəti dönəmində Ermənistana 2 milyard dollar dəyərində verilən silahların aşkarlanmasında rol oynadı. Bununla da həyatını təhlükəyə atdı. Məlumdur ki, o çox müəmmalı şəkildə də həyatdan getdi”,-deyə Zahid Oruc xatırladıb.  

Parlament üzvü qeyd edib ki, Rusiya iqtisadi-siyasi münasibətlərin ən yaxşı zamanında belə Azərbaycana hərbi partnyor və müttəfiq kimi yanaşmadı. Zahid Orucun sözlərinə görə, Rusiya 2010-cu ildən etibarən daha fəal siyasət ortaya qoymağa başladı.

 

“Medvedev də onu göstərməyə çalışdı ki, bir çoxlarının iddia etdiyi kimi, Rusiya silah bazarında müştərilərini itirmək istəmir. Yəni Rusiya üçün həmin silahların hansı regiona aparılması əhəmiyyətli deyil. Amma Rusiya Azərbaycandan həmin silahların Qarabağ bölgəsində yerləşdirilməməsi barədə öhdəlik ala bilməzdi. Azərbaycanın belə bir borcu yoxdur ki, ermənini Amerika, Rusiya və ya İsrail silahı ilə öldürsün.

Azərbaycan üçün isə ən önəmli məqam odur ki, müasir silahlara, texnikalara olan ehtiyacını ödəmək üçün çoxkomponentli siyasət yürüdür.

Biz sadəcə Rusiyanın verdiyi hərbi resursların ümidinə qalmamışıq. Ancaq biz tutaq ki, yalnız Polşadan və ya Bolqarıstandan bu silahları alsaydıq bu zaman da Ermənistanın əlinə başqa fürsət düşəcəkdi. Yəni birinci Qarabağ müharibəsində olduğu kimi, Rusiya onların əvəzindən müharibə aparsın və əldə edilmiş yüksəklikləri rus ordusu qorusun”.  

Deputat bildirib ki, silah bazarı dünyada önəmli yer tutduğundan Hindistan, Pakistan kimi ölkələr belə Rusiya ilə hərbi əməkdaşlıq edir.  

Onun dediyinə görə, Medvedevin müsahibəsində bir şey də aydın oldu ki, Rusiya cəbhədə baş verənləri öz kosmik sistemləri ilə daimi müşahidədə saxlayırlar.  

"Medvedin açıqlaması Azərbaycan siyasətçilərini düşündürdü"

“Bu, faktiki olaraq Azərbaycanda həm hərbi sistemdə olanları, həm də siyasətçiləri düşündürməyə başladı. Onlar “Azərbaycanın coğrafi mövqeləri, hərbi istehkamlar barədə məlumatlar kosmik vasitələrin hesabına düşmən tərəfinə verilə bilərmi?” sualını düşündülər.

Amma etiraf etmək lazımdır ki, başqa ölkələrdən alınan silahların statistikasını bilinmədiyindən “bölgədə balans kimin xeyrinədir” sualının kimsə cavabını verə bilmir. Ancaq müşahidələr onu göstərir ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistandan qabaqdadır”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024