Dünya (10-04-2016, 13:15)
"Azərbaycana silah satmamağa çağırıram" - Abramyan Rusiyaya səsləndi
Ermənistanın baş naziri Rusiyanı Azərbaycana silah satmamağa çağırıb.
Mediatv.az xəbər verir ki, Erməni baş nazir Ovik Abramyan bildirib ki, Rusiyanın Azərbaycana silah satması Ermənistanda müsbət qarşılanmır.
"Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq xalqımız böyük ürək ağrısı ilə qəbul edir ki o, Azərbaycana silah satır. Mən Rusiyanı Azərbaycana silah satmamağa çağırıram".
Erməni baş nazir onu da qeyd edib ki, onların narahatçılığına baxmayaraq bu məsələ Rusiyanın daxili işidir:
"Rusiyanın Azərbaycana silah satışını dayandırması yaxşı olardı"
“Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu Rusiya tərəfinin daxili işidir”, -deyə Abramyan Gümrüdə çıxış edərək deyib.
İki gün əvvəl də Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Azərbaycana silah satışını davam etdirməsinə münasibət bildirib. Nazirliyin mətbuat katibi Artsrun Ovanisyan bildirib ki, bütün bu baş verənlərdən sonra silah satışının davam etdirilməsini qəbuledilməz adlandırıb.
“Cəbhə xəttində baş verən gərinlikdən sonra silah satışının davam etdirilməsi əxlaqsızlıqdır", - deyə Ovanisyan bildirib.
Aprelin 8-də Bakıda səfərdə olan Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək.
“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.
anspress