Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-01-2016, 23:15)
"Əli Kərimli, sən kimsən?" - Müsavatdan etiraz

“Əgər Müsavat Partiyası iqtidara satılıbsa, Əli Kərimli, sən kimsən?” 

 

Mediatv.az xəbər verir ki, bu barədə azvision.az-a Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli AXCP sədri Əli Kərimlinin müxalifəti satqın adlandırmasına münasibət bildirərkən deyib.

M. Hacıbəylinin sözlərinə görə, Ə.Kərimli özünü müxalifətin lideri kimi aparmaq istəyir: “Əli Kərimlinin müxalifət arasında ayrıseçkilik salan bir müsahibə verməsi böyük yanlışlıqdır. Bu, təkcə Müsavata qarşı zərbə deyil, ümumilikdə müxalifətin maraqlarına ziddir. Hesab edirəm ki, bu fikirlərin irəli sürülməsi nə müxalifətin, nə də Əli Kərimlinin maraqlarına uyğundur. Partiya sədri bölücülüklə məşğul olmamalıdır.

Əli Kərimlinin ifadələrindən belə çıxır ki, Azərbaycanda müxalifətin heç bir perspektivi yoxdur. Bu gün Əli Kərimli 500-600 nəfərlik kiçik bir kəsimə “liderlik” edir. Bu, o demək deyil ki, o müxalifət adına təkbaşına iddialı olmalıdır. Onun dediyi kimi müxalifət iqtidara yaxındırsa, və “satqın”dırsa, o halda belə çıxır ki, Əli Kərimlinin özünün müxalifətçiliyinin perspektivi yoxdur”,- deyə M.Hacıbəyli vurğulayıb. 

M. Hacıbəyli xatırladıb ki, Əli Kərimli hazırkı iqtidar dövründə 10 il deputat maaşı alıb: “Hətta onun biznes fəaliyyəti də olub. Amma, Müsavat Partiyası həmişə prinsipial müxalifət mövqeyini seçib. Müsavatı satqın partiya kimi qələmə vermək, ədalətsizlikdir. Belə bir vəziyyətdə satqın arayışına çıxmaq isə Əli Kərimliyə yaraşmır. Bu mövqeyinə görə, onu kəskin şəkildə qınayıram”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024