Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-10-2015, 17:36)
"AXCP-də daha bir parçalanma yaşanacaq"

 

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimli qanadında yeni parçalanma ola bilər. Bu barədə AXCP-nin Nərimanov rayon şöbəsinin sabiq sədri, partiya sıralarından çıxarılan Ağaşirin Tanrıverdioğlu məlumat verib.

Mediatv.az xəbər verir ki, veteran cəbhəçi iddia edir ki, Azərbaycan cəmiyyəti yeni bir parçalanmanı müşahidə edəcək: “Aylar əvvəl demişdim ki, Müsavat laboratoriya idi, AXCP isə poliqona çevriləcək. Gördüyünüz kimi, bu cür də oldu. Faktiki olaraq son iki ayda AXCP adına iki qurultay keçirildi. Təbii ki, Əli Kərimlinin təşkil etdiyi qurultay Razi Nurullayevin keçirdiyi qurultaydan çox fərqli idi. Əgər 451 nəfər Əli Kərimlinin qurultayında iştirak edirdisə, 971 nəfər Razi Nurullayevin təşkil etdiyi qurultaya qatılmışdı. Əmin olun ki, bu, son deyil, yeni parçalanmanı gözləməkdə davam edin. Mən bu barədə dəqiq informasiyalara malikəm, sıravi cəbhəçilərlə də münasibətlərim pozulmayıb”. 

A.Tanrıverdioğlu xatırladıb ki, Əli Kərimlinin vəziyyəti daha pis olacaq: “Əli Kərimli Azərbaycan siyasətinə, müxalifət düşərgəsinə çox xəyanətlər edib. AXCP-də o qədər millət yolunda canını qoyan, sağlamlığını qurban verən şəxslər olub. Lakin Əli Kərimli bu şəxslərin hamısını partiyadan didərgin salıb, vətən xaini damğası yapışdırıb. Bu gün tarix bütün bunların cəzasını Əli Kərimlidən çıxır. Mən burada ad hallandırıb kimlərisə duyuq salmaq niyyətində deyiləm. Lakin bu gün AXCP-də narazı şəxslər var. Təsəvvür edin ki, bir yeşik arını ana arı idarə edir. İnanın ki, bu gün həmin ana arı AXCP Rəyasət Heyətində oturub. Odur ki, müşahidə etdiyimiz proseslər Əli Kərimli üçün son deyil, başlanğıcdır. Elə olacaq ki, AXCP-də Əli Kərimli və mühafizəçisi Kərim Mehdiyev qalacaq. AXCP Rəyasət Heyətində əyləşən ana arı Əli Kərimliyə qarşı çıxanda bu partiya sonuncu dəfə ciddi zərbə alacaq”.

A.Tanrıverdioğlu daha sonra qeyd edib ki, çoxları düşünür ki, Sahib Kərimov rəhbərlikdə təmsil olunmur: “İnsanlarda belə qənaət formalaşıb ki, artıq partiya rəhbərliyində sırf Əli Kərimliyə bağlı şəxslər əyləşib. Ancaq bu, görüntüdür. Əli Kərimlinin özü də, düşünür ki, AXCP rəhbərliyinə özünə sadiq və bağlı insanları gətirib. Amma Rəyasət Heyətində Əli Kərimlini arxadan vuracaq yetərincə insan var. Onların bəzisi AXCP-də narazılıq yarananda prosesin içində idi, lakin son anda geri çəkilərək, daha ciddi proses apara biləcəyini düşündü. İndi həmin şəxslər partiyada müəyyən mövqeyə malikdirlər və lazım gələndə istədikləri addımları atacaqlar”.

AXCP sədrinin sabiq müavini Əbülfəz Qurbanlı haqqında danışan cəbhəçi deyib ki, bu şəxs özünü çox böyük görürdü: “Düşünürdü ki, böyük işlər görə bilər. Amma yüngül daşlar böyük hədəfə dəyə bilməz. Kiminsə kölgəsində fəaliyyət göstərmək istəmədi, düşündü ki, özünün kölgəsi olmalı, kimlərsə burada təmsil olunmalıdır. Ancaq bu, onun gücü daxilində deyildi. Qurbanlı artıq siyasi səhnədə olmayan bir şəxsdir. Düzdür, xəbərlər yayılmışdı ki, o, narazı cəbhəçilərlə birgə olacaq. Lakin bu şəxs o qədər iddialıdır ki, bu, mümkün olmur. Onun iddiası ilə heç kəs barışmaz. Həm də, insan insanı bir dəfə aldada bilər. Bu baxımdan da Qurbanlı narazı cəbhəçilərlə birgə ola bilməzdi. Həm də, Əli Kərimlidən ayrılan AXCP-nin narazı və aktiv gəncləri, fədakar cəbhəçilər Əbülfəz Qurbanlını qəbul etmirlər”. Sonda cəbhəçi vurğulayıb ki, hələlik bir müddət sakitlik hökm sürəcək: “Bu aylarda nisbətən aşağılarda iş aparılacaq. Növbəti mərhələdə görəcəksiniz ki, AXCP-də yeni vulkan püskürdü. Mən bundan dəqiq məlumatlıyam”. 
(teleqraf.com)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024