Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-04-2015, 13:30)
“Bizim dialoqumuz onun alver siyasətinin yolunu bağlayıb”

"İyirmi ildir Azərbaycan siyasətindəyik. Bu illər ərzində Əli Kərimli iqtidarla gizli danışıqlara gedərək iki dəfə deputat olub"

 

"Amma indi Sərdar Cəlaloğlu ölkənin mili maraqları naminə dialoqa gedəndə satqın adlandırırlar. Mandat üçün danışıqlar apardığımızı deyirlər. Bəlkə mən parlament seçkilərində heç namizədliyimi irəli sürməyəcəm. İndidən niyə vay-şivən salıblar”.
Mediatv.AZ xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP-yə yaxın “Azadlıq” qəzetinin iqtidar-müxalifət dialoqunda iştirak edən siyasi partiyaları mandat alverində ittiham etməsinə münasibət bildirərkən deyib.
“Dialoq satqınlıqdırsa, Əli Kərimli 2005-ci ildə mənə niyə yalvarırdı?”
ADP sədri Əli Kərimlinin dialoq yolunu bağlamaq məqsədi güddüyünü bildirib: “Çünki bu gün biz dünyada gedən siyasi prosesləri düzgün anlayırıq və düzgün yol tutmuşuq. Onun vəziyyəti yaxşı deyil. Açığı, hökumət də Əli Kərimli ilə dialoqa getmək istəmir. Ona görə də dialoq yolunu bağlamaq istəyir. Əgər Əli Kərimlini dialoqa dəvət etsəydilər, o, iştirak etməyənləri satqınlıqda ittiham edəcəkdi.
 
Dialoq satqınlıqdırsa, Əli Kərimli 2005-ci ildə mənə niyə yalvarırdı? Mənə yalvarırdı ki, icazə verək, o da ADP-nin dialoq bəyanatına qoşulsun. Onda ADP ilə yanaşı, AXCP, Liberal Partiyası və VİP Azərbaycanda siyasi dialoqun tərəfdarı kimi iqtidarla görüşmək istəyi haqda bəyanat imzaladı. Sadəcə olaraq, bir həftə Müsavat Partiyası Əli Kərimlini tənqid etdi. O da daşını atıb başını tutdu. Dedi ki, “məni biabır edirlər, adım onsuz da satqınçılığa çıxıb, biz imtina edirik”. Əgər dialoq satqınlıqdırsa, o bəyanatı niyə imzalamışdı? Həmin bəyanatı elə həmin “Azadlıq” qəzetində tapmaq olar. Əli Kərimli mənə yalvarırdı onda”. 
“Ayıbdır, sən həmin Əli Kərimlisən də”
S. Cəlaloğlu əsl satqınlığın Əli Kərimlinin xarici nümayəndələrlə görüşünün olduğunu deyib. Onun sözlərinə görə, Əli Kərimli Avropa Şurası və ATƏT-in keçirdiyi bütün iqtidar-müxalifət dialoqlarında başda otururdu: “Özü də heç kimə danışmağa imkan vermirdi. Ayıbdır, sən həmin Əli Kərimlisən də”.
“Bizim dialoqumuz onun alver siyasətinin yolunu bağlayıb”
ADP sədri AXCP sədrinin iqtidar-müxalifət dialoqunu hədəfə almasının əsl səbəblərinə toxunub. 
“Əli Kərimli iqtidarla gizli danışıqlar aparmaq istəyir. Dialoqda isə hər şey açıq-aşkardır. Hər kəsin yanında öz şəxsi maraqlarını irəli sürə bilməyəcək. Yəni bizim dialoqumuz onun alver siyasətinin yolunu bağlayıb. Bütün qıcıqlar və nifrət dolu ittihamlar da bundan doğurur.
 
Bu günlədə Pənah Hüseyn bəyanat verdi ki, biz iqtidarla parlamentdə iştirakımızı açıq şəkildə razılaşdırmalıyıq. Amma Əli Kərimli iki dəfə gizli razılığa gedərək deputat olub. Hansı Azərbaycan xalqının marağına uyğundur, hansı satqınlıqdır? Pənah Hüseyn deyir ki, bütün müxalifətlə iqtidar razılaşsın, Əli Kərimli isə vaxtilə Müsavatı, ADP-ni, AMİPİ-i satdı. Adama deyərlər, öz eybini palazla örtə bilmirsən, başqasının gözündə çöp axtarırsan”, - deyə S. Cəlaloğlu vurğulayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024