Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (24-12-2015, 12:11)
Keçmiş nazirə ŞOK İTTİHAM - Oğurluq maşın biznesi...

 

Bütün sahələrdə korrupsiya yolu ilə saxtakarlıqlara göz yumduğu kimi biznes sahəsindədə bu yolla hakimiyyət Azərbaycanda vaxtı keçmiş ərzaq məhsullarının təzələnməsi və yenidən satışa çıxarılması, xaricdə tullantı malların Azərbaycanda yeni adı altında satılmalarına və sair maxinasiyalara göz yumur. Daxil olan son məlumatlarda avtomobil biznesinə toxunulur. Burada xüsusəndə keçmiş Əmək və Sosial müdafiə naziri Fizuli Ələkbərova məxsus, lakin həyat yoldaşı İradə Ələkbərovanın sədrlik etdiyi bahalı maşın satışı ilə məşğul olan “İmprotex Holdinq”in BMW, Rolls Royce, Bendley satış mərkəzlərində baş verən maxinasiyalar və burada satılan avtomaşınların ölkədən kənara çıxa bilməməsi iddia olunur.

Şirkət barədə qısa məlumat:
İmprotex holdinqi 1991-ci ildə təməli qoyulmuşdur, “Sputnik” adı altında turizm sahəsi üzrə fəaliyyətə başlamışdır. Sonradan turizm sahəsi şəxalənib biznes sahəsinidə əhatə edib. Hal-hazırda İmprotex Holdinq Azərbaycanda ən böyük, nüfuzlu holdinqlərdən biridir. Azərbaycanda ilk Aviaşirkət (İmAir) fəaliyyətinə start verən holdinqlərdən biridir.

1998-ci ildən başlayaraq Almaniyanın nüfuzlu avtomobil istehsalı olan BMW və MİNİ şirkətlərin Azərbaycanda rəsmi distributoru (İmprotex Motors) kimi fəaliyyətə başlamışdır. Eyni zamanda dünya bazarında böyük nüfuza malik Rolls Royce və Bendli şirkətlərinində avtomobillərinin rəsmi distributoru olmuşdur. 2005-ci ildən Almaniyanın “MAN Truck & Bus AG” yük avtomaşınlarının rəsmi distributoru olaraq holdinqin daha bir qolunu “Improtex Trucks&Buses ” adı altında artırmışdır. Bunlardan başqa Improtex Marine & Sporta Facilities (Yamaha Motor LTD motosikl, istirahət yaxtalarının, idman maşınları satışı), Improtex Distribution Center (kosmetika və məişət əşyaları satışı) adları altında holdinqin qollarıda mövcuddur.

Daxil olan məlumata görə bu şirkət avtomobil satış mərkəzlərində təzə adı altında satdırdığı avtomaşınların 90% İnterpolda axtarışında olan “uqon” avtomaşınlardır…

Məlumatda qeyd olunur ki, bu avtomaşınlar ölkənin ərazisini tərk edə bilməzlər. Belə ki, həmin avtomaşınlar xaricdə oğurluq maşın kimi axtarışdadırlar. İddiada xüsusə o da qeyd olunub ki, avtomobillərin hamısı “dvoynikdir”.

Belə halın baş verməsi onu deyir ki, ölkədə tam özbaşınalıqdır. Hüquq Mühafizə Orqanlarının buna göz yumması da onu deyir ki, Fizuli Ələkbbərov yuxarı səviyyədə “işini həll edib”. Ona görə də həmin avtomaşınları ölkədən kənara çıxmasına icazə verilmir.
"İmprotex" oğurluq avtomaşınları təzə adı ilə satdırır…- İDDİA
Məlumatda o da qeyd olunur ki, bir neçə ay bundan qabaq Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi (Bandotdel) Beynəlxalq Banka borcu olanların həbsini həyata keçirdikdə, həbs olanların içərisində Fizuli Ələkbərovun oğlu da olubdur. Lakin qısa müddətdə oradan azad olunub. Qısa müddətdə azad olunmasını isə yuxarı səviyyədən gələn göstərişlə bağlayırlar.

Bunu da vurğulayım ki, İsmayıllı hadisələrinin baş verməsini səbəbkarı məhz Fizuli Ələkbərovun oğlu idi.

Yazıda adı keçən hüququ və fiziki şəxslərin hər birinə cavab haqqı tanıyır və onların mövqelərini də işıqlandırmağa hazırıq…
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024