Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-12-2015, 21:43)
“Mütəllibov Elçibəy haqqında dediklərini sübut etsə...” - Deputat

[thumb]http://www.mediatv.az/uploads/posts/2015-12/1449768608_fazil-m.jpg[/thumbMillət vəkili Fazil Mustafa Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun “Elçibəylə Heydər Əliyevi müqayisə etmək doğru deyil” fikrinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, F. Mustafa Mütəllibovun dediklərinin böhtan olduğunu söyləyib:

“Ayaz Mütəllibovdan soruşurlar ki, "Sizdən sonra Əbülfəz Elçibəy prezident oldu, daha sonra isə Heydər Əliyev. Məncə hər ikisinin Azərbaycan tarixində ayrıca yeri var. Maraqlıdır, ilk prezident kimi bu iki şəxsi necə müqayisə edərdiniz?"

Mütəllibov bu cavabı verir: "Elçibəyi Heydər Əliyevlə müqayisə etmək düzgün deyil. Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var".

Təbii ki, cavabın birinci müqayisə hissəsi adamın subyektiv dəyərləndirməsidir və buna müdaxilə etməyi düzgün saymıram. Ağlından, dünyagörüşündən asılı olaraq belə bir qiymətləndirməylə razılaşmasam belə, normal qarşılayıram.

Ancaq cavabın ikinci hissəsi, yəni "Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var" fikri ilə razı deyiləm. 

Hələ Elçibəy haqqında inanın ki, bu böyüklükdə iftira, qələt, böhtan və şərlə ilk dəfədir ki, rastlaşıram. Bunu uzun illər öncə ölkəmizin prezidenti olmuş bir şəxs qəti əminliklə Vətənə xəyanətdə, Kəlbəcəri satmaqda ittiham edir. Buyursun, bir ay ərzində istənilən rus və ya Azərbaycan arxivlərindən nəinki belə məzmunda bir müraciət, hətta belə bir məzmunda bir cümlə təqdim edə bilsə, mətbuat vasitəsilə Ayaz Mütəllibovdan üzr istəyəcəyəm. İşdir əgər bu müddətdə belə bir material ortaya qoymazsa, o zaman hər dəfə Ayaz Mütəllibov sözündən öncə Vətən xaini ifadəsindən başlamış digər sərt ifadələri işlətmək haqqımızdan istifadə edəcəyimizdən əmin ola bilər.

Qeyd edək ki, A. Mütəllibov modern.az saytına müsahibəsində Elçibəyi Heydər Əliyevlə müqayisə etməyin düzgün olmadığını nəzərə çatdırıb: “Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024