Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-08-2014, 22:28)
Hacı Əbdül 23 il əvvəl AXC liderlərinin döyülməsindən DANIŞDI

 

23 il əvvəl - 1991-ci il avqustun 19-da SSRİ-nin vitse-prezidenti Qennadi Yanayevin rəhbərliyi altında Dövlət Fövqəlaədə Vəziyyət Komitəsi yaradılmışdı. Bununla da o vaxt Krımın Foros sanatoriyasında istirahətdə olan SSRİ prezidenti M.Qorbaçov faktiki hakimiyyətdən kənarlaşdırılmışdı.

 

Elə həmin gün Azərbaycan Xalq Cəbhəsi DFVK əleyhinə bəyanat vermişdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi isə o zaman İranda səfərdə olan MK-nın I katibi Ayaz Mütəllibovun adından DFVK-nı dəstəkləyən bəyanat yaymışdı. Lakin avqustun 22-də Azərinform bəyanat yayaraq A.Mütəllibovun DFVK-ni dəstəkləməsi barədə xəbəri təkzib etmişdi. Beləliklə, Azərbaycan başçısının SSRİ məkanında nüfuzdan düşməsindən istifadə edən AXC mitinqlər keçirməyə qərar vermişdi. 1991-ci il Avqustun 23-də AXC-nin Yasamal rayonunda Nəriman Nərimanovun heykəli yaxınlığındakı qərargahı qarşısında keçirilən mitinq milisin və mülkü şəxslərin müdaxiləsi ilə dağıdılmışdı. Nəticədə Ə. Elçibəy, S.Rüstəmxanlı və s. başda olmaqla AXC liderləri zorakılığa məruz qalmış və müxtəlif xəsarətlər almışdılar. Bəzi AXC və hərəkat fəalları, o cümlədən Pənah Hüseyn mətbuata açıqlamalarında sözügedən mitinqin yatırılmasında Hacı Əbdülün başçılıq etdiyi “Tövbə” Cəmiyyətinin də böyük rol olduğunu qeyd ediblər. Qeyd edək ki, “Tövbə” Cəmiyyətinin yerləşdiyi İmam Hüseyn məscidi haqqında bəhs etdiyimiz AXC mitinqin keçirildiyi əraziyə çox yaxında yerləşir. 
“Tövbə” Cəmiyyəti sədri Hacı Əbdül o dövrün hadisələri haqqında bunları danışdı:
”... Həmin gün mən məsciddə idim. Namaz vaxtına az qalırdı. Camaat çox idi. Bakı kəndlərindən xeyli ağsaqqal yanıma gəldi ki, Xalq Cəbhəsi mitinq etmək istəyir, onun qarşısını almaq lazımdı. İmam Hüseyn haqqı, necə var elə də danışıram. Prezident Ayaz Mütəllibov da İranda səfərdədi. Dedim, yaxşı alaq. Uşaqları cəmləşdirdim, getdik. Coratın ağsaqqallarından biri yorğunluğunu bəhanə edib aradan çıxdı, o biri dedi, evim uçub. Xülasə, hərə bir yolla aradan çıxdı. Amma “Tövbə”nin üzvləri arxamızca gəlirdi. Bu minvalla 3 nəfər qaldıq. Mənimlə bərabər Höküməlidən Ramiz və Coratdan Əlfüqar kişi getdik AXC-nin qərargahına. İsgəndər Həmidovla cavanlıqdan münasibətim yaxşı idi. O da o vaxtlar aclıq etmişdi, yataqda yatırdı. Gəldim, zarafatla dedim ki, ə, yekə kişisən, dur ayağa. Xülasə, Əbülfəz Elçibəy, Tamerlan Qarayev başda olmaqla AXC-dən 30-40 nəfər çıxdı qabağımıza. Mən danışanda 40-ı birdən cavab verirdi. Dedim, gəlin belə edək; ya mən qayıdım 37 nəfər də gətirim, biz də 40 olaq, sonra söhbət edək. Ya da sizdən də üç nəfər qalsın, danışaq. Onda Elçibəy cəbhəçilərə dedi ki, mən getdim otağa, aranızdan 2 nəfər gəlsin, söhbət edək. O iki nəfərdən biri də Tahir Əliyev idi. Nə isə, keçdik Elçibəyin otağına başladıq danışıqlara. Hökuməlinin ağsaqqalı Ramiz başladı ki, Əbülfəz bəy, mənim filan qədər qoyun-keçim var, bu qədər də torpağım... Dedim, a kişi, biz buraya qoyun-keçi söhbəti üçün gəlməmişik. Biz gəlmişik, deyək ki, prezident burda yoxdu, mitinqlərinizi dayandırın, prezident gəlsin, sonra hər şeyi araşdırarsız. Ramiz də, Əlfüqar da mənə məhəl qoymadılar, elə qoyun-keçi söhbətini davam etdirdilər. Bunların bu cür hərəkətinə əsəbiləşdim və qapını çırpıb bayıra çıxdım. Gördüm ki, artıq bizim uşaqlarla Cəbhənin uşaqları başlayıblar mübahisəyə. Bizimkilərə yalandan dedim ki, danışdıq, hər şey qaydasındadır, gəlin gedək. Bu minvalla bizim adamların hamısını apardım məscidə. Biz məscidə gedəndən sonra xəbər çıxdı ki, AXC qərargahında dava düşüb. İstədik yaxınlaşaq, görək nə olub, milis buraxmadı. ..Bir sözlə, “Tövbə” cəmiyyətinin üzvlərinin o zaman AXC mitinqinin dağıdılmasında, liderlərin döyülməsində heç bir rolu olmamışdı...”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024