Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-05-2014, 22:00)
Fazil Mustafa: “Ağabəy Əsgərovun bu açıqlaması çox səviyyəsiz hərəkətdir”

 

“Əbülfəz Elçibəy, nəinki Ağabəy Əsgərova, başqa adamlara da pislik etməyib. Hər hansı bir şəkildə Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev, ümumilikdə dünyalarını dəyişən dövlət xadimləri haqqında tərbiyədən kənar bir üslubda ifadə işlətmək yanlışdır”. Bunu Modern.az-a Böyük Quruluş Partiyasının  (BQP) başqanı, deputat Fazil Mustafa “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun mərhum eks-prezident Əbülfəz Elçibəy barədə fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, vəfat edən insanlar haqqında nalayiq sözlər işlətmək, sadəcə olaraq tərbiyəsizlikdir: “İnsanlar gərək bu cür açıqlamalardan qaçsınlar. Biz dövlət xadimlərinə hörmət etməliyik ki, gələcəkdə daxili barışı və həmrəylik durumunu saxlamaq imkanlarımız olsun”.   F. Mustafa xüsusilə məsul vəzifədə olan şəxsləri bu məsələdə daha diqqətli olmağa çağırıb: “Mən bunu məsul vəzifədə çalışan şəxslərə heç yaraşdırmıram. Məcburam deyim ki, Ağabəy Əsgərovun bu açıqlaması çox səviyyəsiz və ədəbdən kənar hərəkətdir. Bu, ölkə prezidentinin Əbülfəz Elçibəyə qarşı olan münasibətinə adekvat deyil. Məhz İlham Əliyevin təşəbbüsü ilə “Eks prezidentlərin statusu haqqında qanun” qəbul edilib. Bu münasibətin qarşısında YAP üzvünün təhqiramiz formada ifadə işlətməsi yolverilməzdir”.  
Qeyd edək ki, A. Əsgərov virtualaz.org saytına müsahibəsində mərhum eks-prezident Ə. Elçibəyi təhqir edib və onu avara adam kimi xarakterizə edib. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024