Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 14:02)
Kosmetoloq Nuridə Əhmədova pasiyenti bu hala salıb -FOTOLAR

media-700

Azərbaycanda estetik və kosmetoloji sahədə nəzarətsizlik ciddi təhlükəyə çevrilib. Tibb təhsili olmayan şəxslər özlərini rahatlıqla “doktor” kimi təqdim edir, hətta adla müraciətə etiraz edib “Həkim deyin” tələbi irəli sürürlər.

media-700
Məsələn, Nuridə Əhmədova özünü “Dr. Nura Kosmetoloq” kimi tanıdır, lakin onun tibblə bağlı heç bir savadı və diplomu yoxdur. Yanında “tibb bacısı” kimi çalışan Vəfa isə əslində Azərbaycan dili və ədəbiyyat müəlliməsidir.

media-001

Klinikalar bu şəxslərə otaq kirayə verərkən onların diplomlarını yoxlayırmı? Səhiyyə Nazirliyi və digər qurumlar bu təhlükəli vəziyyətə nəzarət etməlidir. Əks halda, bu cür savadsız “həkimlər” insan həyatını riskə atmaqda davam edəcək.

Bakunews.az xəbər verir ki, Bakı şəhər sakini İlahə Paşayeva tanışlıqla müraciət etdiyi kosmetoloji xidmətin ağır nəticələri ilə üzləşib. Onun iddiasına görə, 2022-ci ildə “Medika Hospital”da kosmetoloq Nuridə Əhmədovanın icra etdiyi prosedurlar nəticəsində həm sağlamlığına zərər dəyib, həm də uzun müddət psixoloji gərginlik yaşayıb.

İddiaçı bildirir ki, Nuridə Əhmədova ilə ilk dəfə “Instagram” vasitəsilə tanış olub və ona qaş korreksiyası üçün müraciət edib. Daha sonra dodaqda assimetriya bəhanəsi ilə dolğu proseduru da təklif olunub. İlahə Paşayeva dəfələrlə sintetik məhsullardan istifadə etməməli olduğunu bildirsə də, iddialara görə kosmetoloq onun səhhətini nəzərə almadan süni biopolimer tərkibli dolğu tətbiq edib.

İki illik narazılıqlar, müxtəlif bəhanələrlə prosedurun təxirə salınması, nəticədə isə qaş nahiyəsində yaranan yaralar, dəri allergiyası və sağlamlıq problemləri iddiaçının həyatına mənfi təsir göstərib.

Şikayətçi bildirib ki, yaranmış fəsadlara görə bir neçə klinikaya müraciət edib və ona bildirilib ki, zərərin aradan qaldırılması üçün ümumilikdə 8.300 manatlıq kosmetoloji və cərrahi prosedurlara ehtiyac var:

• Qaş boyasının çıxarılması – 3.000 manat
• Qaşlara tük əkilməsi – 1.800 manat
• Dodaq dolğusunun cərrahi çıxarılması – 3.500 manat

Bundan əlavə, yaşadığı psixoloji sarsıntılar və depressiv hallar nəticəsində mənəvi zərərə görə 10.000 manat təzminat tələb edir.

Məsələ ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edən İlahə Paşayeva “Medika Hospital” və kosmetoloq Nuridə Əhmədovanı müştərək qaydada məsuliyyətə cəlb etməyi, ümumilikdə 18.300 manatlıq təzminatın ödənilməsini tələb edir.

Əldə etdiyimiz məlumata görə, iddia ərizəsinə ambulator kitabçadan çıxarış, epikriz sənədi və Səhiyyə Nazirliyindən alınmış ekspertiza cavabı da əlavə olunub. Hazırda iş Xətai Rayon Məhkəməsinin baxışındadır.

Mövzuya qarşı tərəfin də münasibətini öyrənməyə çalışacağıq.(Bakunews.az)


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025