Redaksiyamıza daxil olna məlumat görə Abşeron rayonu “Qurtuluş 93” yaşayış kompleksində 12 binanın zirzəmisində yeni tikinti işləri aparılır.
Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmurun icazə verdiyi müəmmalıdır.
Yaşayış komplesinin 12 binasında aparılan qanunsuz tikinti işləri ilə bağlı heç bir rəsmi icazə olmadığı bildirilir.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən və digər qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı.
Qurumların fikirlərini dərc etməyə hazırıq.
Qeyd edək ki, Abşeron rayonu ərazisində qanunsuz tikintilərlə bağlı sosial platformada xəbərlər dərc olunur.
Məlumat üçün bildirik ki, “Qurtuluş 93” ötən il yaşıllığın məhv edilməsi yerində obyekt tikintisi ilə bağlı həmçinin zirzəmidə qanunsuz işlər aparılması ilə bağlı xəbər dərc olunmuşdur.
İndi isə təkrarən binanın zirzəmisi obyekt tikintisi üçün hazırlanır.(xalq.online)









“Qurtuluş 93” yaşayış kompleskində qanunsuz tikinti işləri aparılır.
















