Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 16:02)
Bu agentliyə yeni səlahiyyət verildi

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nda dəyişiklik edilib.
Mediatv.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim etməlidir.
Həmçinin agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə maliyyə yardımının 2023-cü il yanvarın 1-dən ödənilməsi üçün tədbirlər görməlidir.
Qeyd edək ki, indiyə qədər bu sahədə məsul qurum “Azərişıq” ASC olub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025