Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 13:13)
Moskvanın Zəngəzur narahatlığı:Rusiyanın istəkləri böyükdür, amma...


Natiq Miri: “Dəhlizin açılması ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan rəhbərliyi arasında ehtimal edilən razılaşma Rusiyanı ciddi şəkildə narahat edir”

 Dünən Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycana səfər edib. Nazir Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib. TASS-ın Rusiya FHN-in Mətbuat Xidmətinə istinadən yaydığı məlumatda qeyd edilib ki, " Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurası və Baş Assambleyasının iclasında iştirak etmək üçün Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycana səfər edib. Gündəliyin əsas məsələsi - öz platformasında 60-dan çox dövlətin fövqəladə xidmətlərini birləşdirən və ölkələrə humanitar yardım göstərən bu təşkilatın baş katibinin seçilməsidir".

Rusiyanın bəzi “Telegram” kanalları və ekspertləri yazıblar ki, Moskva-Bakı münasibətlərindəki gərginliyin həlli üçün Rusiya nümayəndə heyətinin Azərbaycana səfər etməsi, heyətə fövqəladə hallar naziri Aleksandr Kurenkovun rəhbərlik etməsi təsadüf deyil. Bildirilib ki, Kurenkov Azərbaycan tərəfinə Rusiya Prezidenti Vladimir Putinin mesajını çatdıra bilər.

O da bildirilib ki, Kurenkovu Azərbaycanla rəsmi, eyni zamanda, şəxsi əlaqələr də bağlayır.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Natiq Miri deyib ki, həqiqətən də Kurenkovun Azərbaycana rəsmi yaxınlığı mövcuddur:

- Bəli, Kurenkovun Azərbaycan hakimiyyəti ilə yaxın münasibətləri mövcuddur. Xüsusilə də, azərbaycanlı həmkarı Kamaləddin Heydərovla çox yaxın əlaqələrinin olduğu deyilir. Amma düşünürəm ki, Azərbaycana rəsmi və ya qeyri-rəsmi yaxınlıq mövcud problemləri kökündən həll edəcək məsələ deyil. Onu da unutmayaq ki, Kurenkov işlədiyi sahə üzrə Azərbaycanda keçirilən beynəlxalq tədbirlə bağlı rəsmi səfər edib. Azərbaycan tərəfi isə onun beynəlxalq tədbir çərçivəsində iştirak üçün səfərini qadağan edə bilməzdi. Bu, əvvəlcədən razılaşdırılmış hansısa səfər deyil, beynəlxalq tədbirlə bağlı olan məsələdir.

Təbii ki, Kurenkov vasitəsilə Rusiyanın mesajları Azərbaycan tərəfinə çatdırıla bilər. Yaxud da, Rusiya Prezidentinin mesajları Azərbaycan liderinin diqqətinə Kurenkov vasitəsi ilə çatdırıla bilər. Amma hələlik bu məsələ qeyri-müəyyəndir. Lakin Azərbaycan Prezidenti rusiyalı naziri rəsmi qəbul edəcəkmi? Əgər belə qəbul olarsa, o zaman bəli, Rusiya Prezidentinin istəkləri Azərbaycan Prezidentinə çatdırılacaq.

- Ümumiyyətlə, Rusiya Prezidentinin mesajları nədən ibarət ola bilər?

- İndi belə fikirlər var ki, hər iki tərəfdə saxlanılanların mübadiləsi ilə problem yoluna qoyula bilər. Amma mən belə düşünmürəm və hesab edirəm ki, hər iki tərəfdə saxlanılan şəxslərin dəyişdirilməsi sadəcə münasibətlərdə müəyyən istiləşmə üçün humanitar yönlü addım olardı. Amma bu, iki ölkə arasındakı problemləri həll etmir. Humanitar addım münasibətlərin daha da kəskinləşməsinin qarşısını qismən ala bilər. Amma ümumi problemlər qalmaqdadır və bu istiqamətdə ciddi addımlara ehtiyac var.  

- Yəni problemin kökü dərindir...

- Əlbəttə, iki ölkə arasında problemlər ciddidir və kökü dərindədir. Bir səfərlə, hansısa mesajlarla bunu həll etmək çətindir. Səbəbkar da, təbii ki, Rusiya tərəfidir. Rusiya hər zaman özünün geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün əvvəlcə bir böharn yaradır: istər hərbi, istər siyasi, istərsə də hüquqi yöndə. Bir böhran yaradılır və böhranı aradan qaldırmaq üçün hərəkətə keçilir. Bu, Rusiyanın spesifik siyasətidir. Növbəti dəfə biz Moskvanın yaratdığı böhrana şahidlik etdik. Ona görə də, hesaab edirəm ki, Rusiyanın istəklərinin humanitar yöndə olduğunu düşünmək sadəlövhlük olardı.

Eyni zamanda, xüsusi bir məsələyə diqqət yetirmək lazımdır: Rusiyada, Yekaternburqda yaşayan azərbaycanlılara qarşı faşist münasibətin, hüquqdankənar addımın atılmasının  kökündə hansısa hüquqdankənar hal da dayanmır. Guya 2001-ci ildə törədilmiş cinayətə görə hansısa araşdırmaya başlanılıb və azərbaycanlılar saxlanılıb. 24 il bundan əvvəl törədilmiş hansısa cinayətin “dirildilməsi” gülməlidir. Rusiyada araşdırılmalı olan o qədər yeni cinayətlər var ki, onları araşdırmaq əvəzində keçmişdə olan cinayətin araşdırılmasına başlanması qeyri-səmimi təsir bağışlayır. Tutaq ki, həmin cinayətə görə araşdırma başladılıb, hansısa şübhəlilər var. Onları bu formada, faşist üsulu ilə saxlamaq, şübhəli bildiklərini hüquq-mühafizə orqanları tərəfindən öldürmək hansı hüquqa sığır?

- Əsas məqsəd nədir?

- Bilirsiniz, perspektivdə Zəngəzur dəhlizinin açılması məsələsi var. Artıq bu barədə kifayət qədər mesajlar verilib, verilməkdədir. Rusiya isə  bu dəhlizin onun nəzarətindən kənarda qalmasında qətiyyən maraqlı deyil. Ona görə də Rusiya əlində olan rıçaqları işə salır və belə addımlarla təzyiqlər edir. Rusiya hesab edir ki, Zəngəzur dəhlizinin onun nəzarətindən kənar fəaliyyəti təhlükəsizliyi üçün təhdiddir. Amma bu, yanlış yanaşmadır. Rusiyanın təhlükəsizliyinə təhdid nə Azərbaycandandır, nə də Türkiyədən, yaxud İrandan. O zaman Moskva niyə Azərbaycana mesaj verir, təzyiq edir? Məlumdur ki, Rusiyanın istəkləri daha böyükdür. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistan rəhbərliyi arasında ehtimal edilən razılaşma Rusiyanı ciddi şəkildə narahat edir. Bu barədə Rusiya mediasına baxmaq lazımdır, orada ciddi antitəbliğata start verilib. Rusiya dəhlizdə kənarda qalmaq istəmir. Ona görə də, Moskva faşist siyasi üsullara əl atmaqdadır. Amma Rusiya unutmamalıdır ki, Azərbycan əvvəlki Azərbaycan deyil və onunla təhdid, təzyiq dilində danışmaq olmaz. Bu, Azərbaycandan əvvəl Rusiyanın özünə ziyan verəcək.

Anar Bayramoğlu
шаблоны для dle 11.2

Xəbər lenti
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
8 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025