Siyasət / Slayd (Bu gün, 17:38)
Türkiyəli hərbçilər Azərbaycanın Quru Qoşunları Komandanlığında -FOTOLAR
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov professor Serdar Salmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hər iki dost və qardaş ölkənin hərbi qulluqçularının peşəkarlıqlarının artırılmasında hərbi təhsilin önəmi, eləcə də təcrübə mübadiləsi məqsədilə keçirilən birgə təlimlərin vacibliyi xüsusi vurğulanıb, maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib. Türkiyəli qonaqlara Quru Qoşunlarımızın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu və qazandığı uğurlar haqqında brifinq təqdim olunub.
