Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 15:35)
Zelenski İlham Əliyevi təbrik etdi

zelenski-ilham-eliyevi-tebrik-etdi


Mediatv.az  xəbər verir ki, təbrikdə deyilir:

“Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azad Ukrayna və Azərbaycan həmişə öz münasibətlərini ortaq dəyərlərə, qarşılıqlı dəstəyə, hörmətə və hərtərəfli əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq ruhunda inkişaf etdirməyə çalışmışlar.

Əminəm ki, strateji tərəfdaşlıq münasibətlərinin dinamikası yalnız qorunub saxlanılmayacaq, eyni zamanda, Ukrayna və Azərbaycan xalqlarının maraqları naminə daha da möhkəmləndiriləcəkdir.

Bu gün Rusiyaya qarşı mübarizədə Ukrayna beynəlxalq dəstəyi yüksək qiymətləndirir və biz Azərbaycanın dövlətimizin suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq dəstəkləməsinə, eləcə də humanitar yardım göstərilməsinə görə minnətdarıq.

Bu fürsətdən istifadə edərək, Sizə, çox hörmətli cənab Prezident, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram”.

шаблоны для dle 11.2

Xəbər lenti
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025
23 05 2025