Siyasət / Slayd (7-03-2025, 08:47)
Birinci Xanım Gəncədə 37 nömrəli məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış oldu - FOTO

Qlobal.az xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbdə aparılan əsaslı təmir-bərpa işləri ilə bağlı məlumat verdilər.
Bildirildi ki, 1969-cu ildə istifadəyə verilmiş tədris müəssisəsində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından əsaslı təmir işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında - yeni tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulub.
Yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” kimi proqramlar həyata keçirərək, ölkəmizdə təhsilin inkişafına öz dəstəyini göstərir. Məktəblərdə təmir-tikinti işləri, mövcud şəraitin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib.





Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
8 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025
7 03 2025