Siyasət / Slayd (Dünən, 16:51)
Xankəndidə 12,9 hektar ərazidə söküntü aparılır - Səbəb

Mediatv.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib.
Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.
Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 02 2025
22 02 2025
22 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 1.2 milyonluq ofis icarəyə götürür
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
21 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025
20 02 2025