Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (16-01-2025, 17:15)
Xankəndidə 20 Yanvar faciəsinin qurbanları anıldı - Foto

 Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Mediatv.az  xəbər verir ki, tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovet qoşunlarının Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlərdən danışıb. O bildirib ki, 35 il keçsə də, törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir.
2020-ci il Vətən müharibəsində qazanılan böyük qələbə və Azərbaycanın öz ərazi bütövlüyü ilə suverenliyini tam bərpa etməsi məhz xalqın mübarizliyinin göstəricisi kimi qiymətləndirilib.
Direktor qeyd edib ki, bu zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. 35 il əvvəl Bakının Ramana qəsəbəsində fəaliyyət göstərən Xankəndi məktəbi də bu gün doğma məkanda şagirdlərə təhsil verir.
Daha sonra məktəb şagirdlərinin ifasında "Axı biz neyləmişdik?" adlı ədəbi-bədii kompozisiya təqdim olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər emosional səhnəciklərlə nümayiş etdirilib.шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025