Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Dünən, 07:18)
“Son dörd ildir ki, mənim həyatım tam fərqlidir” - İlham Əliyev

son-dord-ildir-ki-menim-heyatim-tam-ferqlidir


Mediatv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində “Coğrafi cəhətdən kiçik, amma qalib və güclü bir dövlətin Prezidenti olmaq necə hissdir?” sualına cavabında deyib.

“Bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Dörd il keçməsinə baxmayaraq, hələ ki, bunu tam anlamaq çətindir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Yəni, siz necə, mən də elə. Əlbəttə ki, məsuliyyət və qürur hissi. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik” - dövlət başçısı bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
8 01 2025
7 01 2025
7 01 2025