Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-01-2025, 11:07)
Tural Məmmədov Dünya Xalqlarının Alyansı adından Azərbaycan xalqını təbrik etdi-FOTOLAR

 
 

“Dünya Xalqlarının Alyansı” beynəlxalq innovasiya mərkəzi beynəlxalq ictimai təşkilatdır və əsas məqsədi “Xalqların birliyində – planetin gələcəyi” devizi altında sabit birgəyaşayış naminə xalqların həmrəyliyini inkişaf etdirməkdir.
Dünya Xalqlarının Alyansı 2020-ci ildə yaradılıb, dünyanın 157 ölkəsindən nümayəndə və təşkilatları birləşdirir. Dünya Xalqları Alyansının baş katibi, həmyerlimiz, fəlsəfə və humanitar elmlər doktoru Aleksander Şapiro-Sulimandır. O, eyni zamanda “İsrailin Dostları” Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının prezidenti, Dünya Sülh Federasiyasının (Universal Peace Federation, UPF) Sülh səfiridir. Çoxşaxəli beynəlxalq fəaliyyətlə məşğul olan insan hüquqlarının müdafiəsi üzrə komissar Aleksander Şapiro-Suliman İnsan Hüquqları Müdafiəsi üzrə Beynəlxalq Komitənin eksperti, Yaxın Şərq Tərəfdaşlığı İnstitunun Qüds üzrə rəhbəri, “NPO Policy Simulation Development” strateji mərkəzinin vitse-prezidenti, Azərbaycanlılar Yaxın Şərqdə Konqresinin prezidentidir.
Mediatv.az xəbər verir ki ,Avropa və Asiya ölkələrində ALYANS-ın nümayəndəliklərinin məqsəd və məramı Azərbaycan dövlətinin mənafeyini müdafiə etməkdən ibarət olmuşdur.
ALYANS-ın şöbə müdiri - Çin Xalq Respublikası üzrə nümayəndəliyinin rəhbəri Məmmədov Tural Rəşid oğlunun da fəaliyyəti təqdir olunur. Nümayəndəliyə rəhbərlik etməyə başlayan gündən Azərbaycan Dövlətinə Dövlətçiliyinə daima xidmət edir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini daima dəstəkləyərək Azərbaycan bayrağını daima uca etmiş, orada yaşayan soydaşlarımıza hər zaman dəstək olmuşdur.
Ölkəmizin ictimai-siyasi həyatında baş verən əhəmiyyətli hadisələrdə - Prezident seçkilərində, parlament və bələdiyyə seçşkilərində  Azərbaycan vətəndaşları ilə Çində və Birləşmiş Ərəb Əmirliyində  görüşlər keçirərək xaricdə yaşayan vətəndaşlarımızla, fəaliyyət göstərən iş adamlarımızla Azərbaycan dövlətinin yürütdüyü uğurlu daxili və xarici siyasət mövzusunda maarifləndirmə işi aparmış, rəsmi tədbirlər keçirmiş, vətəndaşlarımızı səfirliklərdə, konsulluqlarda  səs verməyə çağırış etmişdir. T.Məmmədov 2024-cü il dekabrın 10-da insan hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işinə verdiyi əhəmiyyətli töhfələrə görə ALYANS-ın Fəxri Fərmanına layiq görülmüşdür.
Dekabrın 31-də cənab Tural Məmmədov Azərbaycan xalqını, o cümlədən həmkarlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik etmiş, 2024-cü ilin bir sıra məhsuldar işlər, tamamlanmış planlar, marasqlı görüşlərlə yaddaqalan olduğunu qeyd etmişdir. Əvvəlki ildə yarımçıq qalmış işlərin yeni ildə uğurla başa çatdırılmasını arzulamışdır.
 шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025