Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-03-2024, 16:04)
Komissar Aleks və onun ikinci vətən hesab etdiyi Azərbaycana sədaqəti

 
“İsrailin Dostları” Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının prezidenti, Dünya Sülh Federasiyasının (Universal Peace Federation, UPF) Sülh səfiri, Dünya Xalqları Alyansının baş katibi, fəlsəfə və humanitar elmlər doktoru Aleksander Şapiro-Suliman - həyatı insanlıq naminə yaşamağın nümunəsi olan, ümumbəşəri mənəvi dəyərləri qəbul edən və müdafiə edən, möhkəm ailə institutunu dəstəkləyən, dinlərarası əməkdaşlığın möhkəmləndirilməsinə və ahəngdar beynəlxalq münasibətlərin qurulmasına mühüm töhfə verən şəxsdir. Onun İsrail ilə Azərbaycan, Azərbaycan və yəhudi xalqları arasında ikitərəfli əlaqələrin inkişafında xüsusi rolu, yəhudilik və islam arasında dostluq və əməkdaşlıq körpüsünün yaradılmasında böyük xidmətləri vardır.
Çoxşaxəli beynəlxalq fəaliyyətlə məşğul olan insan hüquqlarının müdafiəsi üzrə komisar Aleksander Şapiro-Suliman İnsan Hüquqları Müdafiəsi üzrə Beynəlxalq Komitənin ekspertidir. Eyni zamanda o, Yaxın Şərq Tərəfdaşlığı İnstitunun Qüds üzrə rəhbəri, “NPO Policy Simulation Development” strateji mərkəzinin vitse-prezidentidir.
Azərbaycanlılar Yaxın Şərqdə Konqresinin prezidenti Aleksandr Şapiro Suliman Azərbaycanı, xalqımızı çox sevən, dövlətimizi daima öz əməlləri ilə dəstəkləyən humanist bir insandır. Özünün dediklərinə görə, erməni lobbisi İsrail rəhbərliyindən DQR-i Ermənistanın ərazisi kimi tanımağı xahiş edəndə buna müqavimət göstərmək üçün əlindən gələni edib. Yaxın Şərqdəki beynəlxalq diaspora rəhbəri kimi, Qubada mart hadisələrində həlak olanlardan birinin kəlləsini götürüb İsrailə aparıb və hamıya sübut edib ki, erməni millətçiləri Qubada çoxlu yəhudi öldürüblər.
A.Şapiro-Suliman ictimai-siyasi, sosio-mədəni fəaliyyəti ilə bərabər, həm də uğurlu biznesmendir. Təsisçisi olduğu bir çox kommersiya subyektlərin - məşğulluq, konsaltinq, turizm, bərk məişət tullantılarının emalı, kənd təsərrüfatı üzrə ixtisaslaşmış müəssisələrin, tibbi turizm obyektlərinin Rusiya və Zaqafqaziyada nümayəndəlikləri fəaliyyət göstərir. Rəhbərlik etdiyi "Azərbaycan – İsrail" Beynəlxalq Tibb Mərkəzi ölkəmizdə qazancdan çox xeyriyyəçilik məqsədi güdür düsək, yanılmarıq. Beynəlxalq Tibb Mərkəzinin Bakı şəhərində olan ofisində, bölgələrdə, o cümlədən dağ yəhudilərinin kompakt halda yaşadıqları Quba rayonunda vaxtaşırı olaraq cəmiyyətin ayrı-ayrı zümrələri, aztəminatlı və əlilliyi olan şəxslər üçün xeyriyyə aksiyaları, pulsuz tibbi müayinələr keçirilir.
Azərbaycanı özünün ikinci vətəni hesab edən Aleksander Şapiro Suliman ölkəmizin, xalqımızın dar günündə yanında olduğu kimi, uğurlarımıza da sevinir və sevincimizə şərik çıxmağı əməlləri ilə haqq etmişdir. Prezident İlham Əliyevi 7 fevral 2024-cü il seçkilərində qələbə münasibətilə təbrik edən A.Şapiro-Suliman dövlətimizin başçısına ünvanladığı təbrik məktubunda yazır:
"Möhtərəm cənab Prezident.
Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi təbrik edirəm. Sizə artıq Türk dünyasının Milli Qəhrəmanı deyə müraciət edə bilərik. Bu qələbə xalqın Sizə olan böyük hörmətinin, ehtiramının və inamının göstəricisidir.
Siz son 20 illik fəaliyyətinizlə dövlətinizi dünyada böyük nüfuz və söz sahibinə çevirdiniz. Siz on milyonlarla azərbaycanlının 30 illik Qarabağ həsrətinə elə bir ustalıqla son qoydunuz ki, bütün dünya buna heyran oldu, dostlar sevindilər, düşmənlər isə hikkələrindən boğuldular. Siz Ali Baş Komandan kimi bu möhtəşəm hərbi Qələbənizlə dünyaya separatizmin kökünü kəsməyin ən bariz nümunəsini göstərdiniz. Bu qələbələrinizi həzm edə bilməyən bəzi mənfur qüvvələr anlamalıdırlar ki, Sizin arxanızda dünyada yaşayan 50 milyondan çox azərbaycanlı dayanır. Sizə yeni prezidentlik dönəmində Azərbaycan naminə görəcəyiniz işlərdə uğurlar arzulayıram.
Möhtərəm cənab Prezident, mən bir müddət Azərbaycanda yaşamışam və bu ölkə mənə ikinci vətəndir. Dayanıqlı inkişafa və suverenliyin möhkəmlənməsinə söykənən bu qələbəniz hər birimizin uğurudur. Sizi bir daha təbrik edirəm. Nailiyyətləriniz hər zaman bol olsun, cənab Prezident!"
Heyrətamizdir, deyilmi?: Birinci - 50 milyon özümüz, ikinci - bundan dəfələrlə böyük rəqəmlərlə ifadə olunan Türk Dünyası və əlbəttə ki, üçüncü - ölkəmizi özlərinə ikinci vətən hesab edən Aleksander Şapiro Suliman kimi qeyri-azərbaycanlılar! İstər-istəməz adamın dilinə bir söz qonur – “Biz Birlikdə Güclüyük!”
Əfqan Bəhluloğluшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024