Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-07-2024, 12:27)
“İçərişəhər”in rəhbəri bu dairədən namizədliyini irəli sürüb

“İçərişəhər”in rəhbəri bu dairədən namizədliyini irəli sürüb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb.

Modern.az-ın məlumatına görə, Şahin Seyidzadə namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən irəli sürüb.

Məlumatı saytımıza adı çəkilən Dairə Seçki Komissiyasından təsdiqləyiblər. Bildirilib ki, Ş.Seyidzadə artıq imza vərəqələrini də götürüb.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən namizədi Rasim Ramis oğlu Novruzovdur.

Xatırladaq ki, Şahin Seyidzadə altıncı çağırış Milli Məclisə 50 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdi. 2022-ci ilin martında ölkə başçısının sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunan Şahin Seyidzadə deputat mandatını təhvil vermişdi.
шаблоны для dle 11.2

Xəbər lenti
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024
6 09 2024