Sosial (Bu gün, 09:24)
Rəhbərlik Bakıdan Bakıya gedəndə EZAMİYYƏ olur, amma işçi... - Rövşən Nəcəf bunları bilmirmi?
"Cənab sahə üzrə məsul vəzifəli şəxslər, niyə Bakı şəhərində yaşamayan və təlimə göndərilən işçilər SOCAR Təlim Tədris Sertifikatlaşdırma idarəsinin (A.Manafov küçəsi, 1) tərkibində olan və Bakı şəhərində yaşamayan, təlimə gələn işçilər üçün nəzərdə tutulan çoxmərtəbəli yataqxanaya yerləşdirilmir? Məqsəd və bəhanə nədir?" "DİA-AZ xəbər verir ki bunu özünün SOCAR rəhbərliyinə ünvanlanmış etiraz dolu müraciətində tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.O daha sonra bildirir: "Müəssisə işçini əmrlə qısamüddətli harasa (təlim, işlə əlaqadar, və s) göndərirsə, bu halda işçinin orta aylıq əmək haqqı saxllanılmalı, gündəlik xərclər (yemək, qalma və s) işəgötürən tərəfindən ödənilməlidir. Niyə ödənilmir ki?
Və Dövlət Əmək Müfəttişliyi Xidməti hansı qanunda və hansı boşluqlar var ki?.."
"DİA-AZ" bildirir ki, bu haqlı sualların ardınca NHMT sədri SOCAR işçilərindən birinin müraciətini təqdim edib. Müraciətdə deyilir:
"Mən, "Azneft İB dəniz obyektlərində fəaliyyət göstərən NQÇİ-lərdən birinin əməkdaşı olaraq, hazırda minlərlə neftçinin üzləşdiyi ciddi bir hüquq pozuntusu və maddi çətinliklə bağlı Sizə müraciət edirəm.
Məsələnin mahiyyəti:
Biz, dəniz şəraitində çalışan işçilər, işəgötürən tərəfindən Bakı şəhərində yerləşən Təlim-Tədris Mərkəzlərində (TTM) keçirilən icbari təlimlərə cəlb olunuruq. Bu təlimlər bizim sertifikatlarımızın yenilənməsi və işə buraxılmağımız üçün mütləqdir. Lakin bu proses zamanı aşağıdakı problemlərlə qarşılaşırıq:
✅Yaşayış yeri problemi: Rayonlardan gələn və ya dənizdə növbəli iş rejimində çalışan işçilər təlim müddətində yataqxana ilə təmin olunmurlar.
✅Maddi itki: İş yerindən ayrılmaqla başqa bir ünvana təlimə göndərilməyimizə baxmayaraq, bizə qanunla düşən ezamiyyə xərcləri (gündəlik xərclər və otel xərci) ödənilmir.
✅Dövlət Əmək Müfəttişliyi Xidməti fəaliyyətsizliyi: Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarına şifahi müraciət etsəm də, onlardan "qanunvericilikdə bu məsələ ilə bağlı boşluq var" kimi qeyri-rəsmi və qeyri-qənaətbəxş cavab almışam.
✅Hüquqi əsaslandırma:
AR Əmək Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, işçi ixtisasını artırmaq üçün kurslara və ya təlimlərə göndərildikdə, onun iş yeri və orta əmək haqqı saxlanılmalıdır. Eyni zamanda, Nazirlər Kabinetinin ezamiyyə xərcləri haqqında qərarları və Məcəllənin ruhu tələb edir ki, işçi öz daimi iş yerindən kənara, işəgötürənin tapşırığı ilə göndərilirsə, onun xərcləri kompensasiya edilməlidir.
✅Sizdən xahişim:
Sizin illərdir neftçilərin hüquqlarının müdafiəsi sahəsindəki sarsılmaz mövqeyinizi bilərək, bu "sistematik qanun pozuntusuna" son qoyulması üçün bizə dəstək olmağınızı xahiş edirəm. Bu məsələnin ictimailəşdirilməsi və SOCAR rəhbərliyi qarşısında qaldırılması üçün hüquqi yardımınızı və müdaxilənizi gözləyirik.
✅Qeyd: Amma SOCAR və Azneft İB -nin əməkdaşlari (müəllimlər) dəniz obyektlərinə təftişə gələndə onlara həm ezamiyyə həm də dəniz əmsalı yazılır.
✅Məntiqi sual: Necə olur onların Bakı şəhərindən - dəniz obyektlərinə gəlmələri ezamiyyə kimi sayilir amma bizim həmin məsafədə olan Dənizdə iş yerindən - TTS idarəsinə olan göndəriş ezamiyyə sayilmir?
✅Hər şeyi qoyuram kənara, bisavad neftçi dili ilə sadə sual verirəm: Mən niyə orta aylıq əmək haqqımdan idarənin məni göndərdiyi kursa görə oteldə qalmaq üçün öz cibimdən pul xərcləməliyəm?.."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026


























