Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 11:42)
MİDA-nın maliyyə hesabatlarına rəy verən şirkətlərin özlərinin audit yoxlamasına ehtiyac var

 Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi tərəfindən AR Mənzil İnşaatı Dövlət Agentliyinin 2025-ci il üzrə mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanması xidməti üzrə 20.10.2025-ci ildə başlanılmış kotirovka sorğusu proseduruna yekun vurulub. Müsabiqənin qalibi “NEXİA AZERBAİJAN” Qapalı Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 28.202 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 19.02.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, bu Mənzil İnşaatı Dövlət Agentliyi ilə “NEXİA AZERBAİJAN” QSC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.
AR Mənzil İnşaatı Dövlət Agentliyinin 2024-cü il üzrə mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanması xidməti üzrə Mənzil İnşaatı Dövlət Agentliyi ilə “NEXİA AZERBAİJAN” QSC arasında 30.680 manat məbləğində satınalma müqaviləsi 18.02.2025-ci ildə bağlanılıb.
Maraqlıdır, “NEXİA AZERBAİJAN” QSC MİDA-nın maliyyə hesabatlarını Beynəlxalq Standartlara uyğun hazırlamaq iqtidarındadırmı?
Bakı Dövlət Universiteti tərəfindən 11.12.2025-ci il tarixində Bakı Dövlət Universiteti tərəfindən 2024-cü ilin maliyyə hesabatlarına rəy verilməsi üçün auditor xidmətinin satın alınması məqsədilə dövlət satınalmalarının vahid internet portalında elan edilmiş satınalma prosedurunun nəticələrinə əsasən “NEXİA AZERBAİJAN” QSC (VÖEN: 2001586411) “müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” və “Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarə edilməsi üzrə Komitə tərəfindən aparılmış qiymətləndirmə nəticəsində minimum 4 (dörd) bal toplamış olması” meyarları üzrə satınalmadan kənarlaşdırılmışdır.
Bu məlumat onu göstərir ki, “NEXİA AZERBAİJAN” QSC-nin işçi qüvvəsi müvafiq tələblərə cavab vermir. Sual yaranır. Bakı Dövlət Universitetinin tələblərinə cavab verməyən işçilər MİDA-nın tələblərinə necə cavab verəcək.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NEXİA AZERBAİJAN” (VÖEN: 2001586411) Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.10.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan QSC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, SÜLEYMAN VƏZİROV, ev.35, qanuni təmsilçisinin isə Haqverdiyev Həsən Yaşar oğlu olduğu qeyd edilib.
QSC “EURO AUDİT” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 25.04.2012-ci ildə adını dəyişərək “NEXİA EA” MMC olub. 16.04.2019-cu ildə təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. 16.11.2024-cü ildən “NEXİA AZERBAİJAN” QSC kimi fəaliyyət göstərir. Təsisçisi və ilk qnuni təmsilçisi Qarayev Elnur Maqsud oğlu olub.
Bu məlumatlardan da göründüyü kimi Mənzil İnşaatı Dövlət Agentliyi 2024-2025-ci illərdə mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanması xidməti üzrə iki satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsi 2024 və 2025-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması üzrə 53.100 manat məbləğində bir satınalma müqaviləsi də 24.09.2025-ci ildə “GROVV AUDİT AND CONSULTİNG” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlayıb.
Bakı Dövlət Universiteti tərəfindən 11.12.2025-ci il tarixində Bakı Dövlət Universiteti tərəfindən 2024-cü ilin maliyyə hesabatlarına rəy verilməsi üçün auditor xidmətinin satın alınması məqsədilə dövlət satınalmalarının vahid internet portalında elan edilmiş satınalma prosedurunun nəticələrinə əsasən “GROVV AUDIT AND CONSULTING” QSC (VÖEN:1803794061) isə “satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığın və təcrübənin olması” meyarı ilə bağlı həmin Qanunun 35.1.3-cü maddəsinə (təchizatçı uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı həmin Qanunun 23.11-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırmadıqda) əsasən iddiaçı müsabiqədən kənarlaşdırılmışdırlar
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GROVV AUDİT AND CONSULTİNG” (VÖEN: 1803794061) Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.01.2018-ci ildə tarixində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 281 600 manat olan QSC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, MUXTAR FƏTƏLİYEV , ev.35, m.60, qanuni təmsilçisinin isə Abdurahmanov Orxan Əlisəfa oğlu olduğu qeyd edilib.
MMC kimi fəaliyyətə başlayan şirkət 26.04.2023-cü ildən təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi portalındakı məlumatlara görə “GROVV AUDİT AND CONSULTİNG” QSC 2018-ci ildən etibarən Auditorlar Palatasının üzvüdür. Həmin məlumatda göstərilir ki, beynəlxalq şəbəkələrdə üzvlüyü yoxdur. Təşkilat 28 nəfərdən ibarət işçi heyətinə malikdir. Onlardan yalnız 1-i icazəli auditordur. 9 nəfər beynəlxalq, 5 nəfər yerli sertifikatlara malikdir. Beynəlxalq layihələrdə iştirakı yoxdur.
Qeyd edək ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi də 10.06.2025-ci ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satınalınması (01.01.2024-31.12.2024 dövr) üzrə 25.960 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Amma “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfində satınalmalarına portalına 15.08.2025-ci il tarixdə yerləşdirilmiş elanda bildirilir ki, “01.01.2024–31.12.2024 dövrünü əhatə edən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun şəkildə tərtib edilməsi üzrə auditin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satınalınması” ilə bağlı “Grovv Audit and Consulting” QSC ilə bağlanmış müqavilə üzrə xidmətin planlı, vaxtında və səmərəli şəkildə yerinə yetirilməməsi, qarşılıqlı əməkdaşlıq və operativ əlaqə imkanlarının təmin olunmaması, eləcə də müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 30 (otuz) gün müddətində xidmətlərin başa çatdırılması öhdəliyinin yerinə yetirilməməsi (müqavilənin xüsusi şərtlərinin 6 və 7-ci bəndləri, portalın “Çatdırılma müddəti” bölməsi, əsas şərtlər toplusunun Forma 2 – Fəaliyyət cədvəli və xidmətlərə dair tələblər bölməsinə uyğun olaraq) nəzərə alınaraq, göstərilən xidmətlərin icra olunmaması səbəbilə 15 iyul 2024-cü il tarixində Satınalma Komissiyası tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edilmişdir.”
Göründüyü kimi Mənzil İnşaatı Dövlət Agentliyi maliyyə hesabatlarının və müstəqil auditor rəyinin hazırlanmasını fəaliyyətində ciddi nöqsanlar olan iki şirkətə həvale ediib. Hansı ki, həmin şirkətlərin hər ikisinin də ciddi audit yoxlamasına ehtiyac var.
Aktualinfo.netшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026