Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Bu gün, 16:51)
Dövlət torpağı hasara alınıb? Xətai icra hakimiyyəti niyə susur?-FOTOLAR

 
Xətai rayonu ərazisində, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsində yerləşən obyektlə bağlı daxil olan məlumatlar ciddi araşdırma tələb edir. İddialara görə, həmin ərazidə qanunsuz artırma işləri aparılır, torpaq sahəsi zəbt olunur və tikinti normaları pozulur. Sual yaranır, rayon rəhbərliyi bundan xəbərsizdirmi, yoxsa görməzdən gəlir?
Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, hər hansı tikinti və ya artırma işləri müvafiq icazə sənədləri olmadan aparıla bilməz. Dövlət torpaqlarının zəbt olunması isə İnzibati Xətalar və hətta müəyyən hallarda Cinayət Məcəlləsi ilə məsuliyyət yaradır.Müvafiq qanunvericiliyə görə, yerli icra hakimiyyəti orqanları əraziyə nəzarət etməli, qanunsuz tikililəri vaxtında aşkarlamalı, müvafiq qurumlara məlumat verməli və qarşısının alınması üçün tədbirlər görməlidir. Monitorinq mexanizmi kağız üzərində deyil, real nəzarət formatında işləməlidir. Rafiq Quliyevin rəhbərlik etdiyi rayon ərazisində baş verən bu kimi proseslər ictimai suallar doğurur,qanunsuz artırma ilə bağlı hansı sənədlər mövcuddur, aşkarlanmış pozuntuya qarşı  hansı tədbirlər görülüb? Qanunsuzluq mövcuddursa, bu, sadəcə bir obyekt məsələsi deyil – bu, şəhərsalma intizamının pozulması, ictimai maraqlara laqeyd münasibət və yerli idarəetmədə nəzarət boşluğu deməkdir.Dövlət torpağı şəxsi maraqlar üçün hasara alına bilməz.Aidiyyəti qurumlar – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi dərhal araşdırma aparmalı qanunsuz tikintinin qarşısını almaq üçün lazimi tədbirlər görməlidir.
 Araşdırmamız davam edir
 Mediatv.az

     шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026