Sosial (Bu gün, 09:22)
Qaz İstismar Xidmətinin baş mühəndisi dələduzluq etdi - TƏFƏRRÜAT
Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Yusiflinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Medoatv.az pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Qeyd edilib ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İttiham aktına əsasən, Samir Yusifli Naxçıvan MR Qaz İstismar Xidmətinin Təmir-Tikinti və Quraşdırma İdarəsində baş mühəndis vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə epizod üzrə dələduzluq əməlləri törədib.Belə ki, 2025-ci ilin aprel ayında o, özünü Naxçıvan MR Qaz İstismar Xidmətinin Təmir-Tikinti və Quraşdırma İdarəsinin baş mühəndisi kimi təqdim edərək Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən “Danyeri” marketin üçüncü mərtəbəsində fəaliyyət göstərən çayxanada tanışlıq əlaqəsi qurduğu F.F.-ə (adı, soyadı şərtidir) yalan vədlər verib. Təqsirləndirilən şəxs zərərçəkmişin övladını sözügedən İdarədə mühəndis vəzifəsinə işə düzəldəcəyini bildirib və bu məqsədlə ondan 7000 manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirib.
İttiham aktında göstərilir ki, Samir Yusifli 2025-ci ilin iyul ayının əvvəllərində əvvəllər iş yoldaşı olmuş zərərçəkmiş D.D.-ni Su İdarəsinə müavin vəzifəsinə işə düzəltmək adı ilə aldadıb. Bu məqsədlə o, zərərçəkmişdən ümumilikdə 5500 manat məbləğində pul alaraq ələ keçirib.Digər epizod üzrə təqsirləndirilən şəxsin 2025-ci il iyulun 9-da Naxçıvan şəhəri 49-cu məhəllədə yerləşən “Pegas” restoranının çayxanasında onunla əlaqə saxlayan zərərçəkmiş H.H.-yə (adı, soyadı şərtidir) yalan vədlər verib. Samir Yusifli zərərçəkmişin övladını həmin İdarənin şöbə müdiri vəzifəsinə işə düzəldəcəyini vəd edərək 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Həmin tarixdə və eyni məkanda baş vermiş digər epizodda isə təqsirləndirilən şəxsin zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) övladını işə düzəltmək adı ilə aldadaraq 12000 manat məbləğində pulunu ələ keçirib.
Bundan başqa, 2025-ci ilin avqust ayının sonlarında Samir Yusifli əvvəllər iş yoldaşı olmuş zərərçəkmiş E.E.-ni (adı, soyadı şərtidir) Su Meliorasiya İdarəsinə müavin vəzifəsinə işə düzəltmək vədi ilə aldadıb. O, Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasının yaxınlığındakı çayxanada zərərçəkmişdən 5000 manat məbləğində pul alaraq mənimsəyib.
Məhkəmə iclasında Samir Yusiflinin müdafiəçisi şifahi vəsatət qaldıraraq cinayət işinin ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib. Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşaraq işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib.
Dövlət ittihamçısı isə vəsatətə etiraz edərək onun təmin olunmamasını, hazırlıq iclasının davam etdirilərək işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş edib.
Məhkəmə müdafiəçinin şifahi vəsatətini, təqdim edilən hüquqi əsasları və proses iştirakçılarının mövqelərini araşdıraraq belə qənaətə gəlib ki, vəsatət əsaslıdır. Qərara əsasən, cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan şəhər Məhkəməsinə göndərilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
22 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026
21 02 2026


























