Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-04-2024, 11:26)
Qərb Ermənistanda revanşizmi gücləndirir

 "ABŞ-nin Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək 5 aprel konfransının "mahiyyət"ini izah etməsi və narahatlıq üçün heç bir əsasın olmadığı barədə fikirləri arxayınlığa əsas vermir. Bu gün ABŞ və bütövlükdə Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün bütün mexanizmlərini işə salıblar. Ermənistandan da elə bu məqsədlə faydalanmaq istəyirlər. Rusiya və İranın isə bu məsələlərdə kənar müşahidəçi statusunda qalacağına inanmaq mümkün deyil".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, Rusiya ilə Qərb arasında düşmənçilik münasibətləri artıq pik həddə çatıb: "Ukrayna cəbhəsində reallaşan konfrantasiya mühitinin Cənubi Qafqaza transformasiyası istiqamətində addımlar atılır. Bu addımların müəllifi Ermənistan, eləcə də Fransa başda olmaqla Qərb dairələridir. Bu qüvvələr Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensiallarını işə salıblar. Bu gün Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli konfransı da bu məqsədi daşıyır".
Deputat qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsünün 5 aprel konfransının mahiyyəti ilə bağlı ortaya qoyduğu fərqli mövqelər saxtadır: "Guya konfransda sırf iqtisadi məsələlərin,  Ermənistanda keçiriləcək islahatların, demokratik prinsiplərin tətbiqinin müzakirə ediləcəyi ilə bağlı açıqlamalar tamamilə yalandır. ABŞ-Aİ-Ermənistan müştərək konfransında Ermənistan-Azərbaycan münasibətlərinin müzakirəsinin aparılmayacağı inandırıcı deyil".
Elman Nəsirovun sözlərinə görə, İran bu məsələdə hələ ki, passivlik nümayiş etdirir: "Halbuki İranın maraqlarına zidd olan üçüncü tərəflər - ABŞ və Fransa gəlib qonşuluğuna çıxa bilər. Bunun rəsmi Tehran üçün necə ciddi problemlər yaradacağını proqnozlaşdırmaq çətin deyil. Rusiyanın buna görə real təsir və təzyiq mexanizmlərini Ermənistana münasibətdə işə salacağı tədbirlər özünü çox gözlətməyəcək. Hər kəsə məlumdur ki, Rusiya Ermənistana ciddi təsir imkanlarına və potensialına malikdir".
Deputat söyləyib ki, Prezident İlham Əliyev Blinkenlə telefon danışığında regionda baş verən son proseslərə, Fransanın Ermənistanı silahlandırmasına və bu silahlanma nəticəsində regionda sülh və təhlükəsizlik üçün ciddi təhdidlərin yaranmasına diqqət cəlb edib. Qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Ermənistan isə bu istiqamətdə real bir iş görmür. Əksinə, Qərbdən gələn dəstək fonunda, xüsusilə də 5 aprel danışıqları ilə Ermənistanda revanşizm daha da güclənə bilər ki, bu da regionda növbəti müharibəni labüd edər.  
"Baş verənlərə görə məsuliyyət Ermənistanın və ona himayədarlıq edənlərin üzərinə düşür. Azərbaycan bu istiqamətdə diplomatik fəaliyyətini gücləndirir. Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verib. Azərbaycan sülh istəyir, amma lazım gələrsə, müharibəyə də hər zaman hazırdır. Biz güclü orduya və iqtisadiyyata, vətəndaş həmrəyliyinə sahibik. Belə olan halda Azərbaycanla təzyiq dilində danışmaq sadəcə siyasi dəlilikdir", - deyə müsahibimiz söyləyib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024