Siyasət / Slayd (20-12-2023, 08:12)
Sülhməramlıların Qarabağda qalmaq üçün bəhanələri - NƏ ETMƏLİ?
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya ordusunun Qarabağda sülhün əsas təminatçısı olduğunu deyib. Nazir söyləyib ki, Rusiya qoşunları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olmaqda davam edir. Şoyqu bildirib ki, Rusiya hərbi kontingentinə yeni reallıqda Qarabağda sülhün və sabitliyin qorunmasını təmin etmək tapşırılıb. Məlumat üçün bildirək ki, Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında Prezident V.Putin də iştirak edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Qarabağda sülh bərpa edilib və Şoyqunun təbirincə desək, Azərbaycanın kənar “qaranta” ehtiyacı yoxdur. Buna baxmayaraq, Kremlə elə gəlir ki, ehtiyac olmadığı halda Rusiya sülhməramlıları Qarabağı tərk etməməlidirlər:
"Ancaq Kremlin bunu əsaslandırmaq üçün arqumenti zəifdir. Bu arada Rusiya Müdafiə Nazirliyindən fərqli bir açıqlama yayımlanıb. Açıqlamada Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilib. Görünür, Kreml rusiyalı sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq üçün bu təşəbbüslə çıxış edib. Çünki rusiyalı hərbçilərin Qarabağda başqa məşğuliyyəti qalmayıb. Qarabağda minaları təmizləmək üçün uzun illər lazımdır. Deməli, Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər. Azərbaycanda minaların təmizlənməsiylə ANAMA (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik) təşkilatı məşğuldur. Bu təşkilat minaların təmizlənməsinə yerli vətəndaşları cəlb edib və onlara aylarla xüsusi kurs keçilir. Bu səbəbdən minaların təmizlənməsində təcrübəsi olmayan Qarabağdakı rusiyalı hərbçilərin bu çalışmalarda Azərbaycana necə yardımçı olacaqları sual doğurur. Azərbaycan Qarabağda minaların təmizlənməsində ölkəmizə dəstək verən, avadanlıqlar göndərən, təcrübəsiylə bölüşən hər ölkəyə və təşkilata minnətdardır. Rusiya da bu işdə Azərbaycana yardımçı olarsa, dəstəyə görə minnətdar olarıq. Sadəcə bu işə rusiyalı sülhməramlıların deyil, Rusiyada bu işdə təcrübəsi olan mütəxəssislərin Azərbaycana göndərilməsi faydalı olardı".
Ekspertə görə, rus sülhməramlıların Azərbaycanda qalmalarının vacibliyini dəstəkləyən yerli ekspertlər arasında belə bir fikir var ki, onlar Qarabağı tərk etsələr, bölgədə Fransa, ABŞ və ya beynəlxalq təşkilatlardan birinin sülhməramlıları daxil ola bilərlər: "Bu, Azərbaycanın maraqlarına ziddir. Azərbaycanın razılığı olmadan heç bir ölkənin və təşkilatın silahlı qüvvələri Qarabağa daxil ola bilməz. Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini istədiyimiz kimi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən ölkə və təşkilatların bölgəmizə daxil olmasını da istəmirik".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024