Siyasət / Slayd (19-12-2023, 08:59)
Zəngəzur uğrunda mübarizə niyə qloballaşır? - Ağar
Hazırda Ermənistan və Azərbaycan arasındakı vasitəçilik məsələsində də geosiyasi rəqabət var. Çünki Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin doğuracağı nəticələr gələcəyə və beynəlxalq sistemin yenidən qurulacaq arxitekturasına öz təsirini göstərəcək.
Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı vasitəçilik ətrafında gedən geosiyasi mübarizə haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.
Ağar Türkiyənin bütün hallarda Azərbaycanın yanında olduğunu vurğulayıb:
“Məsələ yalnız Türkiyə ilə Azərbaycan üçün yox, eyni zamanda ABŞ, AB, Rusiya, Çin və İran üçün də son dərəcə həssasdır. Bütün bunlar fonunda imzalanacaq sülh müqaviləsi və Zəngəzur dəhlizi üzərində çox böyük bir siyasi mübarizə var. Zəngəzur Orta Dəhlizin əsas hissəsidir və onun açarını əldə etmək üçün mübarizə gedir. Burada belə bir sual ortaya çıxır: Ermənistan kimin proksi dövləti olacaq? Türkiyə və Azərbaycan Ermənistana müharibənin nəticələrinin doğurduğu haqları və verilən sözləri özündə birləşdirən sülh müqaviləsi təklif edir. Belə ədalətli sülh müqaviləsinin Ermənistanın özünə də faydası var. Əks halda isə imzalanacaq sülh müqaviləsi İrəvanı boğacaq. Özləri də bunu çox yaxşı bilirlər. Ancaq ölkənin çox böyük asılılığı var və indiki məqamda Rusiyanı ciddi şəkildə narahat edəcək formada üzlərini Atlantika alyansına çeviriblər. Burada da Rusiya və Atlantika alyansı arasında çəkişmənin olduğunu görürük. Türkiyə isə bütün hallarda Azərbaycanın haqlarının, milli təhlükəsizlik maraqlarının öz əksini tapdığı sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu ifadə edir. Rəsmi İrəvanın Ankara ilə münasibətlərini normallaşdırmasının yolu Bakıdan keçir. Digər halda isə Ermənistana yol verilməyəcək. Bir maraqlı faktı xatırlatmaq istəyirəm: ABŞ Yaxın Şərq üçün “əhəmiyyətli”, Mərkəzi Asiya üçün isə “strateji” ifadəsini işlədir. Yuxarıda da qeyd etdiyim kimi, əsas mübarizə dəhlizin açarı uğrunda gedir. Çünki həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizi bizim coğrafiyamızdan keçir. Hər kəs gedən mübarizənin öz mənfəətlərinə, hesablarına uyğun şəkildə bitməsini istəyir. Böyük rəsmi isə həm Ukrayna, həm Qəzzada gedən müharibəni, həm də Qarabağda son aparılan lokal antiterror tədbirlərini birləşdirməklə oxumaq və görmək mümkündür”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024