Siyasət / Slayd (9-12-2023, 15:19)
Növbədənkənar seçkilərdə daha bir MÜHÜM MƏQAM...
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı.
Açıqlamada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Sputnik Azərbaycan Azərbaycan və Ermənistan arasında gedən son proseslərlə bağlı millət vəkili Zahid Orucun və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Millət vəkili Zahid Oruc bildirir ki, son dövrlər Azərbaycanla Ermənistan arasında sərtləşən ritorika müşahidə edilirdi:
"Xüsusən də Ermənistana tərəf kimi görünənlərin yaratdıqları təzyiq mühiti proseslərin dalana dirənməsi görüntüsü yaradırdı. Proses artıq o həddə çatmışdı ki, sülh gündəliyinin özü geosiyasi ambisiyaların bir hissəsinə çevrilmişdi. Belə şəraitdə Azərbaycanın addımı sanki dönüş nöqtəsi oldu".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın sərhəddə vasitəçisiz görüşlə bağlı çağırışı öz nəticəsini verdi:
"Hesab edirik ki, bu mühim hadisədir. Ötən onilliklər ərzində özlərinin strateji sənədlərində bir-birini düşmən adlandıran dövlətlərin sülh sazişini imzalamamış birgə açıqlaması sülhə tezliklə nail olmağa ümid yaradır. Bu o deməkdir ki, müxtəlif platformalarda axtarılan sülhü iki ölkə vasitəçisiz şəkildə əldə edə bilərlər".
"Hər iki xalq uzun onilliklər ərzində bu münaqişədən çox əziyyət çəkiblər. Son on gün ərzində sülhlə bağlı səsləndirilən nikbin açıqlamalar bunun əsassız olmadığını göstərir. Hesab edirəm ki, dünən açıqlanan razılaşma sənədi sülh sazişi ilə bağlı ümidsizlik və inamsızlıqdan sonra sülhə nail olmağa kövrək ümid yaradır", - deyə millət vəkili qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri sülh prosesini sürətləndirəcək:
"Azərbaycan yeni dünya düzəninə özünü hazırlayır. Düşünürəm ki, digər məsələlərlə bağlı Ermənistanla razılığa gələ bilərik. Bütün bunlar isə sülh erasının başlanmasına təkan verə bilər".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, əslində bütün bunlar çoxdan baş verməli idi:
"Ancaq Ermənistanın astagəlliyi ucbatından bu proseslər gec baş verdi. Hələ müharibəyə qədər Azərbaycan Prezidenti İlham Əliyev "hamının hamıya" prinsipini təklif etmişdi, ancaq Ermənistan tərəfi buna etinasız yanaşdı. Sözsüz ki, dünənki birgə bəyanat aparılan danışıqların nəticəsi idi.
Politoloq danışıqların nəticəli olmasını sevindiri hal hesab edir:
"Çünki barışıq yolunda atılan ilk addım uğurlu olub. Bunun sonrakı addımları gətirəcəyini düşünürəm. Bu hadisə proseslərin inkişafına da təkan verə bilər. Təmasların davam etməsi, sülh sazişinin imzalanması ehtimalını yüksəldir. Bu prosesdə üçüncü tərəflərin olmaması da prosesin irəliləməsi üçün çox vacib elementdir", - deyə ekspert fikrini yekunlaşdırıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024