Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırır.
Mediatv.az xəbər verir ki, o, Yunanıstandan sonra Macarıstana səfər edəcək.
"İnşallah dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırırıq", - Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində qeyd edib.
Onun sözlərinə görə, dekabrın 7-də Yunanıstana səfər nəzərdə tutulub.
Dekabrın 6-da Ərdoğan Türkiyənin Yunanıstanla dost olmaq istəyindən danışıb. Türkiyə prezidenti qeyd edib ki, Ali Əməkdaşlıq Şurasının iclasından sonra Yunanıstan hakimiyyəti ilə dostluq münasibətləri və mehriban qonşuluq haqqında Bəyannamə imzalayacaq. Görüş dekabrın 7-də Afinada baş tutacaq