Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (8-11-2023, 09:21)
Zəfər gününə necə gəlib çıxdıq? - ƏN MÜBARƏK TARİX...

Zəfər gününə necə gəlib çıxdıq?
Zəfər gününə necə gəlib çıxdıq? 1990-cı illərin əvvəllərində Azərbaycandakı xaosdan faydalanan Ermənistan Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal etdikdən sonra atəşkəs haqqında Bişkək protokolunu imzalamaq məcbuyyətində qaldıq. Bizə fasilə lazım idi, əks halda Azərbaycan üçün təhlükənin miyası artacaqdı. Ümid edirdik ki, atəşkəs dövründə beynəxalq vasitəçilərin səyi ilə Ermənistan danışıqlar yolu ilə torpaqlarımızı azad edəcək və biz bunun qarşılığında Dağlıq Qarabağa yüksək muxtariyyət verəcəyik. Ancaq illər keçdikcə anladıq ki, Ermənistan vaxt uzadır və ən pisi beynəlxalq vasitəçilər İrəvanın “oyun qaydalarını” qəbul ediblər. Ermənistanda hakimiyyətə yiyələnən Qarabağ separatçıları “müstəqillikdən” başqa heç bir həll planını qəbul etmirdilər. Bu andan etibarən anladıq ki, problemin yeganə həll yolu savaşdır və bu məqsədlə ordumuzu gücləndirməliydik. Düşmən gücümüzü görməli idi. Belə də oldu. Ancaq açıq demək lazımdır ki, bu qədərini gözləmirdik. Ali Baş Komandanın əmrlərini yerinə yetirən qəhrəman ordumuz 3 ilin içərisində qarşıya qoyulan bütün hədəflərə çatdı, Xankəndidə Zəfər paradı xəyal belə etməkdə çətinlik çəkdiyimiz arzularımızın reallaşmasıdır. Hədəfimizə çatmaqda Türkiyə ilə strateji müttəfiqlik və dünyada, o cümlədən bölgədəki geosiyasi şərait də işimizə yaradı. İşğal dövründə toylarımızda və şadlıq məclislərimizdə “gələn ili Şuşada, İsa bulağında keçirək” arzusu az qala rişxənd obyektinə çevrilmişdi. Bu gün nəinki İsa bulağında sudan içə bilərik, separatizmin mərkəzinə çevrilən tarixi məkanımız olan Xankəndidə parad keçiririk. Yüz illik arzumuz reallaşdı. Allah şəhidlərimizə rəhmət eləsin!

Elxan Şahinoğlu
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024